Türkiyənin baş naziri Əhməd Davudoğlu və Azərbaycan prezidenti İlham Əliyev

Əhməd Davudoğlu İlham Əliyevə zəng edib

26
(Yenilənib 22:53 11.12.2015)
Türkiyənin Baş naziri "Günəşli" yatağındakı platformada qəza nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan prezidentinə başsağlığı verib.

BAKI, 11 dek-Sputnik. Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Türkiyənin Baş naziri "Günəşli" yatağındakı platformada qəza nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına, mərhumların doğmalarına və yaxınlarına başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmalarını arzu edib.

Azərbaycan Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

26
Teqlər:
"Günəşli" yatağındakı platformada qəza, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Əhməd Davudoğlu, Türkiyə
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Banklar bu əməliyyatlardan uzaq olsalar yaxşıdır”

1
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir
Elnur Sadıqov: “Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”

Ənənəvi banklarla onlayn ödəmə platformları və elektron portmanatlarının rəqabəti getdikcə artaraq bankların müştəri cəlb etməsini çətinləşdirəcək. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən “Qlobal rəqəmsallaşma pərakəndə ödəmələrdə ənənəvi bankların üstün mövqeyini sual altına qoyur” adlı hesabatda bildirilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, banklar bu gün kifayət qədər geniş elektron xidmətlər yerinə yetirir:

“Pandemiya səbəbindən bankların müştərilərlə apardığı əməliyyatlar azalıb. Ancaq bu, müştərilərin bir dəfəlik banklardan kənarlaşması demək deyil. Müasir texnologiyaların inkişafı müştərilərin daha geniş şəkildə bank xidmətlərindən istifadəsini zəruri edir. Bu gün bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir. Müasir dövrdə elə əməliyyatlar var ki, banklar onlardan uzaq olsalar yaxşıdır. Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

1

Cəbhəboyu ərazilərdə raket, top mərmiləri dronlar zərərsizləşdirildi

7
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 34 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a bildirilib ki, daxil olmuş 35 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Hüsülü, Muğanlı, Rəncbərlər, Təzəkənd kəndləri, Ağdam rayonunun Alıbəyli kəndi, Quzanlı və Səfərli qəsəbəsi, Bərdə rayonunun Qazaxlar və Təhlə kəndləri, Beyləqan rayonunun Dünyamalılar kəndi, Füzuli rayonunun Alxanlı kəndi, Goranboy rayonunun Təklə kəndi, Naftalan rayonunun Qaşaltı, Tərtər rayonunun Azadqaraqoyunlu, Düyərli, Köçərli, Qazyan, Xoruzlu kəndləri, Şıxarx qəsəbəsi, M.Ə.Sabir və Nizami küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd raket, 8 ədəd top mərmisi və 2 ədəd dron zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 14 496 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

7
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə