Xəzər dənizində xilasetmə

İtkin düşənlərin axtarışı dayandırıla bilər

34
Balamirzə Ağarəhimov: Sabahdan hava şəraiti kəskin pisləşəcək və bu səbəbdən itkin düşən neftçilərin axtarışları müvəqqəti dayandırıla bilər.

BAKI, 8 dek-Sputnik. SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları dayandırıla bilər.

Sputnik xəbər verir ki, bu barədə SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

Baş mühəndis deyib ki, proqnozlara görə, sabahdan etibarən hava şəraiti kəskin pisləşəcək və bu səbəbdən itkin düşən neftçilərin axtarışları müvəqqəti dayandırıla bilər. "Helikopterlərlə axtarışların aparılmasına dair qərarı Fövqəladə Hallar Nazirliyi verir. Gəmilərlə axtarış hava şəraitinin kəskin pisləşməsi səbəbindən müvəqqəti dayandırıla bilər. Özüllərdə, idarələrdə iş qrafiki küləyin sürətinə uyğunlaşdırılacaq" — deyə Ağarəhimov əlavə edib.

34
Mövzu:
Günəşli neft platformasında yanğın (59)