Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Günəşli"dəki yanğını söndürmək mümkün olmayıb

© korabelNeft yatağında yanğın
Neft yatağında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Səhər tezdən axtarışlara helikopterlər də qoşulub.

BAKI, 8 dek — Sputnik. "Günəşli" neft yatağında baş vermiş faciədə itkin düşmüş şəxslərin axtarışı bütün gecə boyu davam etdirilib.

Gəmilərlə aparılan axtarış hələlik nəticə verməyib. 

Bütün gecə boyu yataqda yanğının söndürülməsi işləri də davam etdirilib. Lakin yanğının qarşısını almaq da hələlik mümkün olmayıb.

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.

Yanğın nəticəsində 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb. Onlar bu gün dəfn olunacaqlar.

Xəbər lenti
0