Милли Меджлис

"Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun I oxunuşdan keçib

38
Dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına kömək edə biləcək məlumatları müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.

BAKI, 4 dek-Sputnik. Azərbaycanda dini ekstremizm əleyhinə keçirilən xüsusi əməliyyatlar zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına icazə veriləcək.

Sputnik xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsində öz əksini tapıb.

Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar tərəfindən birgə hazırlanan layihə üç fəsil 15 maddədən ibarətdir.

Bu gün Milli Məclisin plenar iclasında layihə səsvermədən sonra I oxunuşda qəbul olunub.

Yeni qanun layihəsinə əsasən, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına və bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatları müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.

Qanun layihəsində qeyd olunub ki, dini ekstremist fəaliyyətində iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələr ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremist fəaliyyətilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv edilir və onların fəaliyyəti qadağan edilir.

Layihəyə əsasən, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.

Əsas məqsəd cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi, dini ekstremizmin aşkar edilməsi, qarşısının alınması və dini ekstremizm nəticəsində gözlənilən zərərin minimuma endirilməsi, dini ekstremizmin yaranması və dini ekstremist fəaliyyətin həyata keçirilməsi səbəblərinin və şəraitinin, habelə dini ekstremizmin maliyyələşdirilməsi hallarının aşkar və ləğv edilməsidir.

Qeyd edək ki, layihə səsvermədən sonra I oxunuşda qəbul olunub.

38
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

"Şəhidlərin simvolu qərənfillər bu gün xarı bülbül ilə birlikdə açır" - Çavuşoğlu

0
(Yenilənib 14:02 20.01.2021)
Türkiyə XİN başçısı deyib ki, şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır.

BAKI, 20 yanvar — Sputnik. "20 yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında paylaşım edib.

"Şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır. Üç rəngli bayrağınla məsud yaşa Can Azərbaycan!", - deyə Çavuşoğlu yazıb.

0
Teqlər:
20 Yanvar qətliamı, 20 Yanvar faciəsi, "20 yanvar", Şəhidlər Xiyabanı, şəhidlər, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu
Şəhidlər xiyabanı, arxiv şəkli

Azərbaycan ermənilərə qadağa qoydu

65
(Yenilənib 12:08 20.01.2021)
Ötən gün ermənilər Hadrut, Füzuli, Cəbrayıl və Ermənistanın Sünik vilayətində axtarış aparıblar. Bu gün isə axtarışı dayandırmaq məcburiyyətində qalıblar.

BAKI, 20 yanvar — Sputnik. Qarabağda daha bir erməni hərbçinin cəsədi tapılıb. Sputnik Ermənistan xəbər verir ki, bunu sabiq qondarma rejimin "Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin" "mətbuat xidmətinin" rəhbəri Unan Tadevosyan bildirib.

O, qeyd edib ki, ötən gün axtarışlar Hadrut, Füzuli, Cəbrayıl, və Ermənistanın Sünik vilayətində aparılıb:

"Axtarış nəticəsində bir nəfərin cəsədinin qalıqları tapılıb. Əsgərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün qalıqlar məhkəmə ekspertizasına aparılıb".

Tadevosyan qeyd edib ki, bu gün axtarış işləri aparılmayacaq:

"Azərbaycan tərəfi yanvarın 20-i Ümumxalq Hüzn Günü ilə bağlı axtarışların keçirilməsini qadağan edib. Onlar bildirdilər ki, ermənilərin onların ərazisinə keçmələrini istəmirlər".

O, həmçinin vurğulayıb ki, axtarış işlərini qarın yağması ilə bağlı da keçirmək mümkün deyil.

Qeyd edək ki, yanvarın 20-nə olan məlumata görə, Ermənistan tərəfi 1195 hərbçinin cəsədini və ya cəsəd qalıqlarını tapıb.

Ümumilikdə isə Ermənistan Səhiyyə Nazirliyi sentyabrın 27-dən noyabrın 9-dək erməni tərəfinin 3330 nəfər itki verdiyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

65
Teqlər:
Cəbrayıl rayonu, Cəbrayıl, Füzuli, Hadrut, ermənilər, 20 Yanvar – Ümumxalq Hüzn Günü, Ümumxalq Hüzn Günü, 20 Yanvar qətliamı, 20 Yanvar faciəsi, "20 yanvar"