Türk axını layihəsi

"Türk axını" layihəsi donduruldu

145
(Yenilənib 15:49 03.12.2015)
Rusiya-Türkiyə münaqişəsi bütün birgə layihələri sıradan çıxarır.

BAKI, 3 dek —Sputnik. "Türk axını" layihəsinin reallaşdırılması dayandırılıb.

Sputnik xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Nazirin sözlərinə görə, "Türk axını"nın reallaşdırılması ilə bağlı Türkiyə və Rusiya arasında hökumətlərarası danışıqlar dayandırılıb.

Türkiyənin Suriya sərhəddində Rusiyaya məxsus "SU 24" təyyarəsini vurmasından sonra iki ölkə arasında diplomatik hərarət getdikcə yüksəlir. Bu iki dövlət bütün sahələrdə münasibətlərini dondururlar.

145