QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanın daha bir hərbi qulluqçusu həlak olub

Abunə olmaq
Ermənilərin atdığı güllənin sapması nəticəsində gizir Fariz Novruzov şəhid olub.

BAKI, 3 dek-Sputnik. Noyabrın 30-da axşam saatlarında qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu gizir Novruzov Fariz Əlabbas oğlu həlak olub.

Sputnik Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fakt üzrə Hərbi Prokurorluq tərəfindən hadisənin baş verməsi şəraitinin müəyyən edilməsi üzrə araşdırma aparılıb.

Araşdırmanın nəticəsi göstərib ki, gizir F. Novruzov düşmən tərəfdən atılan güllənin sapması nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfi regiondakı çətin hərbi-siyasi şəraitdən öz xeyrinə istifadə etmək məqsədilə vəziyyəti bir qədər də gərginləşdirməyə çalışır.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq düşmənin fəallaşması cəhdinin qarşısının alınması və şəhidlərin qanının yerdə qalmaması məqsədilə zəruri tədbirlər həyata keçiriləcək.

Xəbər lenti
0