Sevil Nuriyeva

Sevil Nuriyeva: Hamımız o deputatı məhkəməyə verək

137
(Yenilənib 19:11 02.12.2015)
Tanınmış telejurnalist Məhəmməd Əmin Rəsulzadəni təhqir edən deputatı məhkəməyə verməyi təklif etdi.

BAKI, 2 dek — Sputnik. Hazırda Türkiyədə jurnalist fəaliyyətini davam etdirən, tanınmış teleaparıcı Sevil Nuriyeva, Gəncədən yeni seçilən deputat Naqif Həmzəyevi topa tutub. O, M.Ə.Rəsulzadəyə böhtan atmaqda təqsirləndirilən Naqif Hacıyevi hamılıqla məhkəməyə verməyə çağırıb.

Sputnik xəbər verir ki, Sevil Nuriyeva bu barədə, özünün facebook səhifəsində yazıb.

"Gəncədən olan deputatı məhkəməyə niyə Rəsulzadənin nəvəsi verməlidir? Gəlin birlikdə və qrup halında məhkəmələrə müraciət edək. Ayrıca, bu adama qarşı ictimai qınağı təşkil edək. Bu və bunun kimilər anlamalıdır ki, Azərbaycanın dəyərlərinə xəyanət edən hər kəs cəmiyyət tərəfindən cəzalanacaq" — deyə Nuriyeva öz facebook səhifəsində qeyd edib.

V çağırış Milli Məclisin Gəncə seçilmiş deputatı Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin ünvanına "Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycana qarşı xarici qüvvələrlə sıx əlaqədə olub…Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı" kimi ifadələr işlədib. O, bu ifadələrinə görə sosial şəbəkələrdə Azərbaycan ictimaiyyətinin şiddətli qınağı ilə üzləşib.

Məhəmməd Əminin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə isə deputatı məhkəməyə verəcəyini bildirib.

137