Nardaran

Nardarana Daxili Qoşunlar nəzarət edir

20
Mərkəzi küçə və meydanlarda divarlara yazılmış dini adlar və şüarlar silinib.

BAKI. 2 dek-Sputnik. Nardaran qəsəbəsində sabitlik hökm sürür.

Sputnik APA-ya istinadən xəbər verir ki, qəsəbədə olan əməkdaşı xəbər verir ki, hazırda qəsəbənin giriş-çıxış yollarına və mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir. Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına heç bir məhdudiyyət yoxdur.

Qəsəbənin küçələri radikal dini simvollardan və şüarlardan təmizlənib.

Mərkəzi küçə və meydanlarda divarlara yazılmış dini adlar və şüarlar silinib.

Ticarət və iaşə obyektləri açıqdır.

Qəsəbəyə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb.

20
Teqlər:
ticarət, qəsəbə, Daxili Qoşunlar, Nardaran