Nardaran

Nardaranda vəziyyət yenidən gərginləşib

88
(Yenilənib 10:39 01.12.2015)
Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb.

BAKI, 1 dek-Sputnik. Bu gün səhər saat 5 radələrindən etibarən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

Sputnik APA-ya istinadən xəbər verir ki, Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb.

Nardaran ətrafına xüsusi texnika cəlb olunub.

Metronun "Koroğlu" stansiyasında da təhlükəsizlik tədbirləri gücləndirilib, vətəndaşlar polis tərəfindən ciddi şəkildə yoxlanılır.

Hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı əlavə məlumat yayacağı gözlənilir.

Bu gün səhər saatlarından başlayaraq Nardaran sakinləri Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlayıblar.
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, aksiya iştirakçılarının əllərində dəmir armaturlar, daş parçaları var. Onlar Nardaran hadisələri zamanı həlak olanların meyitlərinin qaytarılmasını tələb edirlər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ağır zirehli texnika cəlb olunub.

88
Teqlər:
Sabunçu, Nardaran, Koroğlu, Zabrat-Maştağa-Nardaran