Hikmət Hacıyev

Azərbaycanın Belçikadakı səfirliyi gücləndirilmiş rejiminə keçib

463
Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər.

BAKI, 23 noy — Sputnik. Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər.

Sputnik-in məlumatına görə, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Hazırda Belçikada olan vətəndaşlarımızdan kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik. NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir", deyə o vurğulayıb.

463