BAKI, 20 noy-Sputnik. "Azərbaycan Hava Yolları" Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində beynəlxalq uçuşlara endirim elan edir.
Bu barədə Sputnik-ə AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. Onun sözlərinə görə, kampaniya çərçivəsində qiymətlər müəyyənləşib.
İstiqamətlər üzrə aviabiletlərin qiyməti:
Yeni il aksiyası çərçivəsində biletlərin satışı 2015-ci il dekabrın 10-dan başlayacaq və 2016-ci il yanvarın 10-dək davam edəcək. Uçuş tarixi —yanvarın 15-dən 2016-cı il fevralın 29-dək.
Xatırladaq ki, avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları" bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə cari ekonom-klass tariflərinə 20-30% faiz endirim tətbiq etmişdir.
Biletləri AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Ötən gündən etibarən yağan güclü qar İsmayıllı rayonunda elektrik enerjisinin verilişində problemlər yaradıb. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmasa da, elektrik verilişində kəsilmələr qeydə alınıb. Eyni zamanda, güclü qar yollarda müəyyən çətinliklərin yaranmasına səbəb olub. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə üzrə elektrik enerjisinin verilməsində problem yalnız İsmayıllıda yaranıb. Bu isə mövcud hava şəraiti ilə bağlıdır:
"Hazırda rayon ərazisinə düşən qarın hündürlüyü 30-40 santimetrə çatıb. Bu səbəbdən də xətdə açılma baş verib. Amma artıq bu istiqamətdə işlər görülüb. Açılma olub, bərpa olunub. İsmayıllıda 20 dəqiqədən sonra elektrik enerjisinin verilməsi təmin olunacaq. Hələ ki, İsmayıllıdan başqa heç bir yerdə elektrik enerjisinin verilməsində problem yaranmayıb. Bizim qurumun əməkdaşları mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər".
BAKI, 20 yanvar — Sputnik. "20 yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında paylaşım edib.
20 Ocak 1990"da Can #Azerbaycan"ın istiklali uğrunda hayatlarını feda eden kardeşlerimizi rahmetle anıyorum. Şehitlerin sembolü karanfiller bugün azat Azerbaycan topraklarının sembolü har-ı bülbül ile birlikte açıyor. 3 renkli bayrağınla mesut yaşa Can Azerbaycan! ���������������� pic.twitter.com/AZIN2e1qyn
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) January 20, 2021
"Şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır. Üç rəngli bayrağınla məsud yaşa Can Azərbaycan!", - deyə Çavuşoğlu yazıb.
BAKI, 20 yanvar — Sputnik. Qax rayonunun öz əsrarəngiz təbiəti ilə seçilən tarixi Sarıbaş kəndinə qar yağıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, yağan qar onsuz da yolu olmayan dağ kəndinə gediş-gəlişi mümkünsüz edib.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 20-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü ən çox Qax rayonunun Sarıbaş kəndində qeydə alınıb. Hazırda həmin bölgədə qarın hündürlüyü 45 sm-i ötüb. Ötən gündən başlayan qar yağışı hələ də davam edir.