Mehriban və Leyla Əliyevalar Əminə və Sümeyye Ərdoğanlarla görüşdülər

© TrendSümeyye Ərdoğan, Leyla Əliyeva, Əminə Ərdoğan və Mehriban Əliyeva - Antalya
Sümeyye Ərdoğan, Leyla Əliyeva, Əminə Ərdoğan və Mehriban Əliyeva - Antalya - Sputnik Azərbaycan
Abunə olmaq
Antalyada Azərbaycan və Türkiyənin birinci xanımları Mehriban Əliyeva ilə Əminə Ərdoğanın görüşü olub.

BAKI, 16 noy — Sputnik. Antalyada Azərbaycan və Türkiyənin birinci xanımları Mehriban Əliyeva ilə Əminə Ərdoğanın görüşü olub.

Görüşdə birinci xanımların qızları Leyla Əliyeva və Sümeyye Ərdoğan da iştirak ediblər.

Xatırladaq ki, noyabrın 15-də "Böyük İyirmiliyin" Antalyada keçirilən Sammiti çərçivəsində "Biznes-20"/"Qadınlar-20" ("Business-20"/"Women-20") birgə sessiyası təşkil olunub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sessiyada iştirak ediblər.

Xəbər lenti
0