Milli Təhlükəsizlik Nazirliyi

Milli təhlükəsizlik nazirinin daha bir müavini işdən çıxarıldı

197
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə general-leytenant Hilal Əsədov vəzifəsindən azad edilib.

BAKI, 14 noy — Sputnik. Milli Təhlükəsizlik nazirinin daha bir müavini işdən çıxarılıb.

Sputnik APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə general-leytenant Hilal Əsədov vəzifəsindən azad edilib.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə dünən milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev vəzifəsindən azad olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin birinici müavini vəzifəsinə isə general-leytenant Mədət Quliyev təyin edilib.

197