SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan prezidenti: Gürcüstan bizim üçün Avropaya çıxış yoludur

© Гиви Пейкришвили, Георгий МепаришвилиИльхам Алиев прибыл в Грузию
Ильхам Алиев прибыл в Грузию - Sputnik Azərbaycan
Abunə olmaq
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Marneuli şəhərində azərbaycanlılarla görüşü zamanı deyib.

BAKI, 6 noy — Sputnik. “Gürcüstan bizim üçün Avropaya çıxış yoludur”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Marneuli şəhərində azərbaycanlılarla görüşü zamanı deyib. Prezident həm təhlükəsizlik, həm də inkişaf baxımından hər iki ölkənin bir-birinə bağlı olduğunu bildirib:

“Bizim uğurlu inkişafımız Gürcüstansız mümkün deyil. Gürcüstan bizim üçün Avropaya çıxış yoludur. Gürcüstanın da sürətli inkişafı Azərbaycanın güclü inkişafına bağlıdır. Biz yaxın dost və tərəfdaşıq, birgə layihələr icra edirik. Dünən razılığa gəldik ki, həm bölgədə, həm də dünyada nəqliyyat sahəsində birgə siyasət aparaq. Belə olan halda, ölkələrimiz arasında yük daşımalarının həcmi bir neçə dəfə artacaq. Bu dəhliz bu bölgədən keçir və əlbəttə, burada yaşayan hər bir insan bundan faydalanacaq”.

Xəbər lenti
0