Leyla Əliyeva

Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib

17
(Yenilənib 17:33 04.11.2015)
4 noyabr Milli Birlik Günü münasibətilə Kremldə keçirilən təntənəli qəbulda Rusiya prezidenti dövlət mükafatlarını təqdim edib.

BAKI, 4 noy — Sputnik. Rusiya prezidenti Vladimir Putin “Puşkin” medalını Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təqdim edib.

4 noyabr Milli Birlik Günü münasibətilə Kremldə keçirilən təntənəli qəbulda Rusiya prezidenti dövlət mükafatlarını təqdim edib.

Leyla Əliyeva bu medala Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə layiq görülüb. Rusiya prezidenti bu barədə oktyabrın 20-də fərman imzalayıb.

17