Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə

130
(Yenilənib 11:18 03.11.2015)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib.

BAKI, 3 noy-Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən noyabrın 3-dən 3 dövlət orqanında inzibati vəzifələrin beşinci və altıncı təsnifatlarına uyğun olan 19 vakant vəzifənin tutulması üçün müsabiqə, 3 dövlət orqanında isə inzibati vəzifələrin beşinci və altıncı təsnifatlarına uyğun olan 11 vakant dövlət qulluğu vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.

Sputnik Komissiyanın məlumatına istinadən xəbər verir ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 10-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə birinci instansiya məhkəmə orqanının aparatındadır.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən — test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:

— dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə — 15 test tapşırığı;
— qanunvericilik sahəsi üzrə — 40 test tapşırığı;
— informasiya texnologiyaları sahəsi üzrə — 15 test tapşırığı;
— məntiqi düşünmə qabiliyyəti sahəsi üzrə — 30 test tapşırığı.

Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 03 noyabr 2015-ci il tarixdən 02 dekabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyanın rəsmi internet saytında qeydiyyatdan keçərək doldurmalıdırlar.

Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə də kağız daşıyıcılarla təqdim edilə bilər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 03 noyabr 2015-ci il tarixdən 23 noyabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat "Respublika" qəzetinin 03 noyabr 2015-ci il tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında — www.csc.gov.az verilib.

Qeyd edək ki, Komissiya tərəfindən 01 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2 dövlət orqanında inzibati vəzifələrin beşinci — yeddinci təsnifatlarına uyğun olan 5 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması oktyabrın 30-da başa çatıb. Müsabiqə üzrə 222 namizəd qeydiyyatdan keçib. Ən çox namizədin qeydə alındığı dövlət orqanı Maliyyə Nazirliyi (160 nəfər) olub. Vakant vəzifə üzrə də ən böyük müsabiqə vəziyyəti Maliyyə Nazirliyi üzrə (3 vakant yerə 160 nəfər) qeydə alınıb.

Test imtahanlarının keçirilmə tarixi və yeri Komissiyanın rəsmi internet saytında "Test imtahanlarının qrafiki" bölməsində (www.csc.gov.az) yerləşdiriləcək. Qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış "Dövlət qulluğuna qəbul — Test imtahanı" sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) ətraflı tanış ola bilərlər.

130
Teqlər:
vakansiya, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Azərbaycan
Sənədin imzalanması, arxiv şəkli

Prezident medallarla bağlı qanunu təsdiqlədi

3
Dövlət başçısı İlham Əliyev “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanunu imzalayıb.

BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyev "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliklər edilib.

Dəyişikliyə görə, 1.1-ci maddəyə "Azərbaycan Respublikasının ən yüksək təltifi – "Heydər Əliyev" ordeni;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilib:

"Zəfər" ordeni;

"Qarabağ" ordeni;";

1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:

"Cəsur döyüşçü" medalı;

"Döyüşdə fərqlənməyə görə" medalı;

"Suqovuşanın azad olunmasına görə" medalı;

"Cəbrayılın azad olunmasına görə" medalı;

"Xocavəndin azad olunmasına görə" medalı;

"Füzulinin azad olunmasına görə" medalı;

"Zəngilanın azad olunmasına görə" medalı;

"Qubadlının azad olunmasına görə" medalı;

"Şuşanın azad olunmasına görə" medalı;

"Kəlbəcərin azad olunmasına görə" medalı;

"Ağdamın azad olunmasına görə" medalı;

"Laçının azad olunmasına görə" medalı;

"Vətən müharibəsi iştirakçısı" medalı;

"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı.

Sənədlə həm də adları sadalanan medallar haqqında əsaslanmələr və medalların təsviri də təsdiqlənib.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında" qanunu imzalayıb.

Sənədə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib və “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiqlənib.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakıda xalça sərgisi, arxiv şəkli

Dünyaya səs salan Qarabağ xalçalarının rəngi qayıtdı

4
"Qız-gəlinlərimiz yenidən Azərbaycan xalqının ruhunu, hisslərini özündə əks etdirən əsrarəngiz, tayı-bərabəri olmayan biri-birindən nəfis xalçaları Qarabağda toxuyacaqlar"

BAKI, 1 dekabr — Sputnik. Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələri var. Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq, ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdirib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu nəzərə alaraq, İkinci Qarabağ müharibəsi günlərində Azərbaycan Milli Xalça Muzeyi "Qarabağ xalça xəritəsi"ni hazırlayıb və izləyicilərinə təqdim edib:

"Qeyd edək ki, bu xəritədə hər bir şəhərə, rayona aid xalça nümunələri ağ-qara rənglərdə təsvir olunmuşdu. Müqəddəs torpaqlarımız işğaldan azad olunduqca "Qarabağ xalça xəritəsi" də al-əlvan rənglərə boyandı.

Bu gün isə, nəhayət ki, səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Artıq "Qarabağ xalça xəritəsi"ni tam rənglənmiş şəkildə sizə təqdim edirik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qüdrəti sayəsində illərdir Qarabağ həsrəti çəkən insanlarımız öz yurdlarına qayıdacaqlar.

Qız-gəlinlərimiz yenidən Azərbaycan xalqının ruhunu, hisslərini özündə əks etdirən əsrarəngiz, tayı-bərabəri olmayan biri-birindən nəfis xalçaları Qarabağda toxuyacaqlar".

4
Teqlər:
rəng, xalça, Qarabağ