Президент Азербайджана Ильхам Алиев

Prezident: MDB missiyasının siyasiləşdirilməmiş mövqeyi önəmlidir

16
Azərbaycan prezidenti İlham Əliyev MDB İcraiyyə Komitəsinin sədri, Milli Məclisə seçkilərdə MDB-dən müşahidəçi missiyasının rəhbəri Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BAKI, 2 noy — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev MDB İcraiyyə Komitəsinin sədri, Milli Məclisə seçkilərdə MDB-dən müşahidəçi missiyasının rəhbəri Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

S. Lebedev bu il rəhbərlik etdiyi missiyanın MDB-nin müxtəlif ölkələrində öz fəaliyyətlərini uğurla həyata keçirdiyini deyib.

Azərbaycandakı seçkilərdə rəhbərlik etdiyi təşkilatdan 147 nəfərdən ibarət nümayəndə heyətinin iştirak etdiyini vurğulayan qonaq bildirib ki, missiya adətən nümayəndələrin sayını ölkələrlə razılaşma əsasında müəyyənləşdirir və öz müşahidələrini həmin ölkənin qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirir: “Biz məmnunluqla və birmənalı şəkildə bildiririk ki, Milli Məclisə seçkilər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilib və ölkə vətəndaşları azad seçim imkanı ilə tam təmin olunub”.

Dövlət başçısı isə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin rəhbərlik etdiyi təşkilatın ölkə qanunvericiliyinə əsaslanan obyektiv yanaşmasının və qətiyyən siyasiləşdirilməmiş mövqeyinin önəmini qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın dəvətinə baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu əsassız sayda müşahidəçilərin ölkəyə gəlməsini israr edib. Dövlət başçısı deyib ki, onlara müşahidəçilərin sayının ölkə əhalisinin sayına uyğunlaşdırılması təklif olunduqda, seçkiləri müşahidə etməkdən imtina ediblər.

Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu hərəkətinin qəbuledilməz olduğunu deyib. Dövlət başçısı bütün bunlara baxmayaraq Avropa Şurasının Parlament Assambleyasını, Müstəqil Dövlətlər Birliyini, digər beynəlxalq strukturları və ölkələri təmsil edən çoxsaylı müşahidəçilərin seçki prosesini izlədiklərini vurğulayıb.

16
Ceyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli

Azərbaycan Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

1
(Yenilənib 19:19 15.01.2021)
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.

1
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: "Qarabağa səfərlərə Azərbaycan icazə verməlidir"

6
Türkiyə XİN başçısı Rusiya Federasiyasını Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb.

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.

Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.

Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:

“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.

6