CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qanunsuz ov edən İraq və Suriya vətəndaşları saxlanılıb

© pixabay / byrevOv tüfəngi
Ov tüfəngi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə Sputnik-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

BAKI, 27 okt — Sputnik. Azərbaycanda qanunsuz ov edən İraq və Suriya vətəndaşları saxlanılıb.

Bu barədə Sputnik-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Mahmudçala Ovçuluq Təsərrüfatının  həyata keçirilən reyd zamanı qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb.

Araşdırma zamanı qanun pozucularının Suriya vətəndaşı Al Hamdo Məhəmməd və İraq vətəndaşı Xəlil İbrahim Eesee Əl-Cavari olduğu müəyyən edilib. Saxlanılan zaman onlardan 4 ədəd çöl göyərçini, 4 ədəd bildirçin, 2 ədəd ev göyərçini, qızılquş tutmaq üçün 4 ədəd cələ, 1 ədəd tor və quş saxlamaq üçün səbət aşkar olunaraq götürülüb. 

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub və qanun pozucuları “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 2000 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində cərimə edilib.

Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.


Xəbər lenti
0