Sovetski

“Sovetski” məhəlləsində 2311 yaşayış qeyri-yaşayış sahəsi sökülüb

68
Yaxın günlərdə kiçik sahəli mənzillərin sakinləri olan 94 ailə yeni mənzillərə köçürüləcək.

BAKI, 26 okt — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 dekabr 2013-cü il tarixli sərəncamına əsasən Bakının “Sovetski” məhəlləsində söküntü ərazisinə düşən 2311 ünvanda daşınmaz əmlakın sökülməsi başa çatdırılıb.

APA-nın məlumatına görə, bu, Yasamal rayonunda 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabatda əksini tapıb.

Qeyd olunub ki, oktyabrın 1-dək 8200 ünvanda ölçü işləri aparılıb, 2340 ünvanda yaşayış və qeyri-yaşayış sahəsinin sahibi ilə razılaşma protokolu imzalanıb. Hazırda Bakı şəhərinin Baş Planına əsasən, “Sovetski” adlanan ərazidə sakinlərin köçürülməsi və daşınmaz əmlakın sökülməsi davam etdirilir. Köçürmə prosesinin ikinci mərhələsində alqı-satqı prosesi və söküntü işləri həyata keçirilir. Kiçiksahəli mənzillərin sakinlərinin yeni mənzillərlə təmin edilməsi istiqamətində işlər icra olunmaqdadır. Artıq Nərimanov rayonu ərazisində 9 mərtəbəli, 2 bloklu tamamilə rekonstruksiya olunmuş binada 2 otaqlı 104 mənzil hər bir kommunal şəraitlə təchiz edilərək, kiçik sahəli mənzillərin sakinlərinə verilib. Yaxın günlərdə onlardan 94 ailə yeni mənzillərə köçə biləcəklər. Bununla da ən aktual problemlərdən biri qismən də olsa, həllini tapacaq.

Hesabatda o da qeyd olunub ki, söküntü ərazisində müasir infrastruktura uyğun yol çəkilişi artıq yekunlaşıb, Nəriman Nərimanovun abidəsinin arxa tərəfindən Qurban Xəlilov küçəsi boyunca Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinə daxil olmadan Hüseyn Cavid parkına qədər 1 kilometrə yaxın yeni yol istifadəyə verilib: "Paytaxtda tıxac probleminin aradan qaldırılmasında bu tədbirin böyük əhəmiyyəti var. Çəkilən yol vasitəsilə həmin əraziyə birbaşa çıxış təmin ediləcək. Bununla da Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektində tıxac problemi demək olar ki, öz həllini tapacaq. Yol kənarında sahəsi 7000 kvadratmetrdən böyük olan park yaradılıb".

Qeyd edək ki, Bakının “Sovetski” məhəlləsində 10 500-ə qədər yaşayış və qeyri-yaşayış sahəsi var. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.

 

68
 Yardımlıda meşə yanğını

FHN: "Yardımlıda meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir"

4
(Yenilənib 19:29 04.08.2021)
Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyinə görə yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

BAKI, 4 avqust — Sputnik. Yardımlı rayonunun Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ilkin hesablamaya əsasən, təqribən 30 hektar ərazi yanıb. Hazırda aktiv yanğın ocaqları, təqribən 1 hektar ərazini əhatə edir. Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək qarşıdakı günlərdə havanın temperaturunun daha da yüksəlməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin oxuyun:

Lənkəranın dağlıq ərazisində baş verən meşə yanğınları söndürülüb

Firuddin Əliyev: “Yanğınların 90 faizi antropogen təsirlər nəticəsində yaranır”

4
Təhsil naziri Emin Əmrullayev

Təhsil naziri narazı müəllimlərə cavab verdi

6
(Yenilənib 19:08 04.08.2021)
Emin Əmrullayev deyib ki, 30 baldan aşağı bal toplayan müəllimlər müəllim kimi işə qəbul olunmur. Müəllim əgər 30 baldan yuxarı toplayıbsa o, prinsipcə müəllim işləyə bilər.

BAKI, 4 avqust — Sputnik. Təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında Müəllimlərin İşə Qəbul İmtahanın ədalətsiz keçirilməsi ilə bağlı ittihamlara cavab verib. Sputnik Azərbaycan-ın məlumatına görə, nazir bildirib ki, namizədlər riyaziyyat və ingilis dili ixtisasları üzrə MİQ imtahanlarının çətinliyindən şikayətlənməkdə müəyyən qədər haqlıdırlar.

"Suallar çətin olub, amma imtahanlar ədalətsiz olmayıb. MİQ imtahanlarında ibtidai sinif üzrə 3 920 müəllim 41-60 bal aralığında nəticə göstərib. Ümumilikdə 402 nəfər 56-60 bal yığdığından onlar arasında rəqabət yaranacaq. Riyaziyyat fənni üzrə isə 3 nəfər 56-60 bal yığıb, amma ingilis dili fənni üzrə heç bir namizəd bu nəticəni göstərə bilməyib. Bu o demək deyil ki, həmin fənn müəllimlərinin biliyi zəifdir. Bütün bunlar ilkin nəticələrdir. Riyzaiyyat fənni müəllimləri başa düşməlidirlər ki, suallar çətin olsa da, imtahanlar ədalətsiz təşkil olunmayıb", - deyə nazir bildirib.

E.Əmrullayev onu da bildirib ki, 30 baldan aşağı bal toplayan müəllimlər müəllim kimi işə qəbul olunmur.

"Müəllim əgər 30 baldan yuxarı toplayıbsa o, prinsipcə müəllim işləyə bilər", - deyə nazir vurğulayıb. 

Nazir imtahan vaxtının uzadılması ilə bağlı təkliflərin dəyərləndiriləcəyini, müddətin artırılmasının mümkün olduğunu söyləyib və məktəblərdə vakant yerlərin gizlədilməsindən də danışıb. Onun sözlərinə görə, əgər kimdəsə belə fakt varsa nazirliyə müraciət edə bilər.

"Bu barədə bəzən media da yazır. Amma məktəbin adını qeyd etmir. Əgər düşünürsünüzsə ki, hansısa məktəblərdə vakant yerlər gizlədilib, bu barədə bizə məlumat verin. Məktəblərin adını qeyd edin, araşdıraq", - deyə nazir söyləyib.

Eləcə də oxuyun:

6
Teqlər:
nazir, təhsil, müəllim, məktəb, imtahan