Milli Məclis

İdman mərc oyunlarından əldə edilən gəlirlərdən vergi tutulacaq

39
Milli Məclisin bu gün keçirilən plenar iclasında idman mərc oyunlarından əldə edilən gəlirlərə vergi tətbiq olunması məsələsi öz əksini tapıb.

BAKI, 20 okt — Sputnik. İdman mərc oyunlarından əldə edilən gəlirlərdən vergi tutulacaq.

Sputnik xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında idman mərc oyunlarından əldə edilən gəlirlərə vergi tətbiq olunması məsələsi öz əksini tapıb. Bu məsələ ilə bağlı məlumat verən parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu sahənin inkişafı və stimullaşdırılması ilə əlaqədar olaraq ölkə başçısının sərəncamı ilə idman mərc oyunlarında əldə olunan gəlirlərdən azad edilmişdi.

“Ancaq son üç ildə bu sahə xeyli inkişaf edib və gəlirlər əldə edilir. Ona görə də bu sahədən gələn gəlirlərdən vergi tutulması nəzərdə tutulur. Belə ki, idman mərc oyunlarından əldə edilən gəlirlərdən 10% həcmində vergi tutulacaq”, deyə komitə sədri vurğulayıb.

39
Adil Qeybulla

Koronavirusa yoluxma üçün kişilər arasında daha ağır keçir professor şərh edir

1
(Yenilənib 23:32 10.04.2021)
Professor, həkim Adil Qeybulla deyir ki, kişilər arasında ölüm halları çox olur və onlar xəstəliyi də ağır keçirirlər.
Adil Qeybulla: “Bu genetik və hormonal faktorlarla bağlı ola bilər”

“Statistikaya əsasən, koronavirusa yoluxma kişilər arasında qadınlara nisbətən daha ağır keçir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında professor, həkim Adil Qeybulla deyib.

Professor bildirib ki, bunun özünəməxsus səbəbləri var: “Kişilər arasında ölüm halları çox olur və onlar xəstəliyi də ağır keçirirlər. Kişilərdə yuxarı tənəffüs yollarının zədələnməsinə daha çox rast gəlinir. Bu, genetik və hormonal faktorlarla bağlı ola bilər. Bunun dəqiq bir izahı yoxdur. Hazırda çalışmalar davam etdirilir və aparılan araşdırmalar bir nəticə verəcək”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

1
Teqlər:
kişilər, yoluxma, Koronavirus
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Udi​ kəndi kimi tanınan Nic qəsəbəsi ​

Ermənilərə görə kilsədən uzaqlaşan, iki min beş yüz illik tarixin qoruyucuları - FOTO

7
(Yenilənib 09:50 11.04.2021)
Dünyada yaşayan udilərin sayı​ 10 minə yaxın olsa da, altı mindən artıq əhalisi olan Nic qəsəbəsində 3600​ udi yaşayır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. Udi​ kəndi kimi tanınan Nic qəsəbəsi ​Qəbələ​ şəhərindən 40​ km cənub-qərbdə, Qəbələ-Oğuz avtomobil yolunun kənarında​ yerləşir. Şəhər tipli qəsəbə​ olan Nic dünyada udilərin kompakt şəkildə yaşadığı yeganə yaşayış məskənidir. Hazırda burada udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri mehriban qonşuluq, bir-birlərinin adət-ənənələrinə, mədəniyyətinə qarşılıqlı hörmət şəraitində yaşayırlar.​ Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi udilərin də mədəniyyətinin, adət və ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün böyük tədbirlər həyata keçirilir.

Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari Sputnik Azərbaycan-la söhbətində deyir ki, sovet dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını geniş qeyd edir, adət-ənənələrini yaşadırlar. Rafik Danakari Çotari alban kilsəsinin əsaslı şəkildə bərpasının tolerantlığa gözəl nümunə olduğunu qeyd edərək deyib ki, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli sayılır. Bundan əlavə, Nic ​qəsəbəsində olan və​ sonuncu dəfə 12-ci əsrdə bərpa edilən​ ən qədim kilsələrədən biri ötən il Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa olunub və bu il udilərin ixtiyarına verilib.

© Sputnik / Rashad Keremoglu
Udi​ kəndi kimi tanınan Nic qəsəbəsi ​

Alban-udi xristian dini icmasının sədri ​Robert Mobili bildirib ki, müasir Azərbaycan təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoqun mərkəzidir. Udilər Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində öz dilini, dinini, qədim adət-ənənələrini qoruyub saxlaya biliblər. Robert Mobili ​qəsəbədə​ "Azərbaycan Udi Ocağı"nın yaradılmasını​ multikulturalizmin daha da inkişafı yolunda mühüm addım kimi qiymətləndirib.

"Azərbaycan Udi Ocağı"nın gənc nəslin tariximizi öyrənməsi və hörmət etməsi yönündə​ böyük rol oynayacağına əmin olan Robert Mobili​ xatırladıb ki, bir vaxtlar​ udilərin kilsələri erməni kilsələrinin tabeliyinə verildikdən sonra udilər burada ibadət etməkdən imtina edərək, indiki "Azərbaycan Udi Ocağı"nda olan evə gəlirmişlər.

"Azərbaycan Udi Ocağı" tarixi etnoqrafik park muzeyi ​böyük Qafqazın cənub yamacının mənzərəli düzənliyində, Nic kəndinin Qocabəyli məhəlləsində yerləşir. Üç hektardan artıq ərazidə yerləşən açıq səma altında bu park muzey udi xalqının mədəniyyətini, ənənələrini, məişətini və yaşayış tərzini əks etdirən simvolik kənddir. Park muzey ekspozisiya şəklində bir neçə etnoqrafik sahəyə bölünür. Evin içində va həyətində Qafqaz albanlarının birbaşa varisləri olan udilərin həyatına aid müxtəlif ev əşyaları, bəzəklər, ənənəvi tikmələr, fotoşəkillər, sənədlər, kitablar, qədim geyimlər, mebel, ləvazimatlar, müxtalif dizaynlı arabalar, təkərlər, kotanlar va digər eksponatlar mövcuddur.

  • Udi​ kəndi kimi tanınan Nic qəsəbəsi ​
    © Sputnik / Rashad Keremoglu
  • Udi​ kəndi kimi tanınan Nic qəsəbəsi ​
    © Sputnik / Rashad Keremoglu
  • Udi​ kəndi kimi tanınan Nic qəsəbəsi ​
    © Sputnik / Rashad Keremoglu
  • Udi​ kəndi kimi tanınan Nic qəsəbəsi ​
    © Sputnik / Rashad Keremoglu
  • Udi​ kəndi kimi tanınan Nic qəsəbəsi ​
    © Sputnik / Rashad Keremoglu
  • Udi​ kəndi kimi tanınan Nic qəsəbəsi ​
    © Sputnik / Rashad Keremoglu
  • Udi​ kəndi kimi tanınan Nic qəsəbəsi ​
    © Sputnik / Rashad Keremoglu
1 / 7
© Sputnik / Rashad Keremoglu
Udi​ kəndi kimi tanınan Nic qəsəbəsi ​

Muzeyin önəmli eksponatlarından biri, qədim ənənələrə malik olan udi xalqına məxsus evin giriş kartı kimi görünən giriş darvazasıdır. Həyətyanı sahədə orijinal üslubda tikilmiş iki qonaq evi var. Evlərin quruluşu və interyeri udi xalqının qonaqpərvərliyini əks etdirən müxtəlif əşyalarla zəngindir. Evlərin eyvanından Boyük Qafqazın cənub yamacına, müasir kənd evlərinə və məhəllələrinə gözəl mənzərə açılır. Bu bina XVII əsrin sonunda daş təməl üzərində çiy kərpic və taxtadan qurulmuş udi evidir.

Çörək bişirmək üçün tikili, şərabçılıq və araqçəkmə üçün yay tikilisi, meyvə və tərəvəzin konservləşdirilməsi üçün xüsusi otaq, tütünün qurudulması və ipəkqurdu baramasının bəslənməsi üçün çardaq udi ailəsinin məişət-təsərrüfat sahəsini əks etdirir. Burada üzümün sıxılması üçün böyük daş quyusu, şarabçılıq və araqçəkmə üçün lazım olan ləvazimat və əşyalar, təsərrüfat inventarları, hana və digər məişət və təsərrüfat ləvazimatları qorunur. Muzeyin ümumi kolleksiyası hal-hazırda iki mindən çox eksponatı əhatə edir. Burada yataq otağının interyerini, körpələrin rahat yuxuya getdikləri beşiyin qədim analoqunu görmək mümkündür. Digər otaqlarda udi ailəsinin məişətinə aid eksponatları -​ tikiş maşını arxasında evdar qadın, bərbər​ heykəlləri yerləşdirilib. Tövbə və dualar otağında isə udi xalqının dininə məxsus müxtəlif əşyalar qorunur. Son illər ərzində kənd ərazisində dini və dünyəvi xarakterli çoxsaylı tədbirlər, konfranslar və forumlar keçirilib.​ Muzey 2017-ci ilin əvvəlində azərbaycanlı memar, rəssam, UNESCO-nun Memarlar İttifaqının həqiqi üzvü Şahvələd Məmmədov tərəfindən təsis edilib.

© Sputnik / Rashad Keremoglu
Udi​ kəndi kimi tanınan Nic qəsəbəsi ​

Xatırladaq ki, dünyada yaşayan udilərin sayı​ 10 minə yaxın olsa da, altı mindən artıq əhalisi olan Nic qəsəbəsində 3600​ udi yaşayır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nic qəsəbəsində beş məktəb var ki, onlardan üçündə rus və udi dilində, ikisində isə Azərbaycan dilində dərslər keçirilir. Bundan əlavə, qəsəbədə iki məscid, üç kilsə var.

7
Teqlər:
kilsə, alban, Nic qəsəbəsi, udin
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri