Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan OPEK-in iclasını boykot etməsinə aydınlıq gətirib

© AFP 2023 / ALEXANDER KLEINOPEC
OPEC - Sputnik Azərbaycan
Abunə olmaq
Natiq Əliyev: Hasilatı azaltsaydılar, neftin qiymətləri qalxardı.

BAKI, 20 okt-Sputnik. Azərbaycanlı nazir Neft İxrac Edən Ölkələr Təşkilatı — OPEK-in (OPEC) iclasına niyə qatılmamasının səbəblərini açıqlayıb.

"OPEK-in iclasında müzakirə olunan məsələlər bizim üçün o qədər də vacib deyil. Buna görə, özüm qərar qəbul etdim ki, orada iştirak etməyə ehtiyac yoxdur".

Sputnik xəbər verir ki, bunu Energetika naziri Natiq Əliyev bu gün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, OPEK-in iclasında iştirak etmək üçün dəvət alsalar da, orada iştiraka ehtiyac duymayıblar.

Nazir deyib ki, əgər OPEK-in iclaslarında bir neçə vacib məsələyə, o cümlədən, neftin hasilatının azaldılmasına dəfələrlə baxılsa da,Səudiyyə Ərəbistanı başda olmaqla, digər OPEK ölkələri də heç zaman buna getməyiblər.

"Şübhəsiz ki, OPEK vaxtında belə bir qərar qəbul etsəydi, neftin hasilatını aşağı salsaydı, ola bilsin ki, neftin qiyməti artardı. Bu, bizim üçün də əlverişli olardı. Eyni zamanda, qeyri-OPEK ölkələri də neftin hasilatının azaldılması ilə bağlı səy göstəriblər", — deyə nazir əlavə edib.
Azərbaycanda neft hasilatının azaldılması ilə bağlı məsələyə aydınlıq gətirən nazir deyib ki, hasil olan neft təkcə Azərbaycanın deyil, konsorsiumundur. Ona görə də, bu qərarı dövlət və ya hökumət təkbaşına qəbul edə bilməz.

Xəbər lenti
0