Təbriz şəhəri

Şərqi Azərbaycan Vilayətinin valisi Naxçıvandadır

7
İRİ Şərqi Azərbaycan Vilayəti ilə Naxçıvan arasında əməkdaşlıq genişləndirilir.

BAKI, 19 okt — Sputnik. İRİ Şərqi Azərbaycan Vilayəti ilə Naxçıvan arasında əməkdaşlıq genişləndirilir.  

İranın Azərbaycandakı səfirliyinən Sputnik-ə  verilən məlumata görə, İRİ Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyəti  Azərbaycana səfəri çərçivəsində bu gün  Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.

Görüşdə iki ölkə və Şərqi Azərbaycan Vilayəti ilə Naxçıvan arasındakı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Görüşdə tərəflər əməkdaşlığın indiki durumundan mənunluq ifadə etsələr də bunu yetərli hesab etməyiblər. Tərəflər əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu qeyd ediblər. 

Qeyd edək ki, Naxçıvan MR Ali Məclisin sədri cari ilin iyun ayının 9-u Təbrizə səfər edib, vali ilə görüşdə iki tərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirələr aparıb, ikitərərəli mədəni və iqtisadi əlaqələrin inkişafına dair memorandum imzalanıb.  

Şərqi Azərbaycan Valisinin başçılıq etdiyi heyətlə birgə Naxçıvan Muxtar Respublikasına bir günlük səfəri çərçivəsində muxtar respublikanın iqtisadi mərkəzlərinə, səhiyyə obyektlərinə və universitetlərinə baxışı nəzərdə tutulur.   

Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyəti sabah Bakıda, daha sonra isə Gəncədə olacaq.

7