Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ölkədə iqtisadi sektorda muzdla çalışanların sayı açıqlanıb

© Sputnik / Alexei Danichev / Mediabanka keçidНачало производства малогабаритных автомобилей Opel Astra на заводе General Motors в производственной зоне "Шушары-2" Санкт-Петербурга
Начало производства малогабаритных автомобилей Opel Astra на заводе General Motors в производственной зоне Шушары-2 Санкт-Петербурга - Sputnik Azərbaycan
Abunə olmaq
2015-ci il sentyabrın 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1509,8 min nəfər olub.

BAKI, 15 okt — Sputnik. 2015-ci il sentyabrın 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1509,8 min nəfər olub, onlardan 880,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 629,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 

Bu barədə Spuntik-ə məlumat Dövlət Statistika Komitəsindən  verilib.

Məlumatda bildirilir ki, muzdla işləyənlərin 22,1 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi informasiya və rabitə, 17,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. 

2015-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 460,1 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub. 


Xəbər lenti
0