Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və İran dəmiryolları 2016-cı ildə birləşəcək

© summso.comdəmir yolu
dəmir yolu - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflər bu barədə oktyabrın 9-unda artıq razılığa gəliblər

BAKI, 12 okt – Sputnik. “2016-cı ilin sonunadək Azərbaycan və İran dəmir yolları birləşəcək”. Bunu jurnalistlərə açıqlamasında İranın ölkəmizdəki səfiri Mohsen Pakayin deyib. 

Səfirin dediyinə görə tərəflər bu barədə oktyabrın 9-unda artıq razılığa gəliblər. 10 gündən sonra Azərbaycanın Astara rayonundan İran tərəfinə uzanan 7 km-lik dəmir yolunun tikintisinə başlanacaq. Əlavə olaraq qarşı tərəf də İran Astarasında 2 km-lik dəmir yol tikintisinə başlayacaq. 

Bununla yanaşı olaraq astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi də nəzərdə tutulub. Bunun maliyyəsini hər iki tərəf yarı yarıya öz üzərlərinə götürüb. 

“Dəmir yolu istifadəyə verildikdən sonra İrandan gətirilən yükləri Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə avropaya və əksinə daşımaq mümkündür. Bununla da hər iki ölkə tranzit yük daşınmasında mərkəzə çevriləcək və sonra yüklərin istənilən istiqamətdə hərəkəti mümkün olacaq. Bu eyni zamanda ölkələrin gəlirlərinə də müsbət təsir göstərəcək. Çünki hər iki ölkə, neft gəlirlərindən asılılığı azaltmağa və qeyri-neft sektorunun inkişafına çalışır”, deyə səfir əlavə edib.

Xəbər lenti
0