Yekaterinburq

VI Rusiya-Azərbaycan regionlararası forumu öz işinə başlayıb

799
(Yenilənib 22:05 12.10.2015)
Yekaterinburqun Beynəlxalq Sərgi Mərkəzində VI Rusiya-Azərbaycan regionlararası forumu öz işinə başlayıb.

BAKI, 30 sen — Sputnik. Yekaterinburqun Beynəlxalq Sərgi Mərkəzində VI Rusiya-Azərbaycan regionlararası forumu öz işinə başlayıb.

Sputnik-in RİA Novosti-yə istnadən verdiyi xəbərə görə, tədbir Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təşkil olunub.   

Məlumata görə, ənənəvi irimiqyaslı tədbirdə hökumət nümayəndələri, deputatlar, diplomatlar və iki ölkənin bölgə rəhbərləri iştirak edir. Azərbaycanın nümayəndə heyətinə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov rəhbərlik edir.

Rusiya və Azərbaycan prezidentləri Forumun iştirakçılarına və qonaqlarına təbrik məktubları ünvanlayıblar. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, ötən illər ərzində forum nüfuzunu möhkəmləndirib və hər iki ölkənin həyatında böyük və mühüm hadisə olması barədə daha inamla xəbər verir.   

“Forum Rusiya və Azərbaycan hakimiyyət orqanlarının rəhbərləri, QHT-lər, tanınmış alimlər, siyasətçilər, mədəniyyət xadimləri, işgüzar və ekspert dairələrinin nümayəndələrinin diqqətini cəlb edir, habelə bizim tərəfdaşlığımız üçün əhəmiyyətli olan geniş perspektivli ideya və layihələr ətrafında fikir mübadiləsinin aparılması üçün faydalı platformadır”.    

Forum çərçivəsində keçiriləcək ekspert görüşləri və “dairəvi masa”lar zamanı sənaye və işgüzar dairələrin nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrinə aid müəssisələrin rəhbərləri, həmsərhəd rayonların İH başçıları inteqrasiya münasibətlərinin problematikasını və nəqliyyat, rabitə, turizm, humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.   

Xüsusi diqqət Rusiya və Azərbaycan regionları arasında birbaşa təmaslara yönəldiləcək. 

Tədbir zamanı Rusiya Xarici Ticarətin və Beynəlxalq İqtisadi Əlaqələrin İnkişafı Şurası və  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) arasında saziş və bir sıra perspektivli investisiya layihələri üzrə  bir çox ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Regionlararası dialoq çərçivəsində ilk dəfə Rusiya-Azərbaycan Gənclər Forumu keçirilməsi və bu tədbirin də gələcəkdə ənənəvi xarakter daşıyacağı gözlənilir. 

799
Bakı bulvarına mənzərə, arxiv şəkli

Sabah Bakıda hava dəyişkən buludlu küləkli olacaq

3
(Yenilənib 14:25 15.08.2020)
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

BAKI, 15 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22, gündüz 27-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

16 avqustda Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-32, dağlarda gecə 9-13, gündüz 14-18 dərəcə isti olacaq.

3
Həkim, arxiv şəkli

Uzun müddət COVID-19-dan müalicə alan həkimdən şad xəbər var

3
(Yenilənib 14:19 15.08.2020)
Yaqut Qarayeva bildirib ki, aldıqları son məlumata görə, Cavid Paşayevin xəstəxanada müalicə müddəti başa çatıb.

BAKI, 15 avqust — Sputnik. "Həkim renaimatoloq Cavid Paşayev ATU-da COVID-19 xəstələrinin mülaicəsi ilə məşğul idi. o uzun müddət COVID-19-dan müalicə alırdı".

Anestezioloq Cavid Paşayev

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə TƏBİB rəsmisi Yaqut Qarayeva bugünkü brifinqdə məlumat verib. O bildirib ki, artıq aldıqları son məlumata görə, Cavid Paşayevin xəstəxanada müalicə müddəti başa çatıb: Bu xəbər bizim üçün çox sevindiricidir".

3
Aşura günü qanvermə aksiyası, arxiv şəkli

Qarşıdan Aşura Günü gəlir, qanvermə aksiyası harda olacaq?

0
Milli Hematologiya və Transfizuologiya Mərkəzinin bir neçə şöbəsi də qanvermə aksiyası üçün ayrılacaq.

BAKI, 15 avqust — Sputnik. "Pandemiya ilə əlaqədar məscidlər işləməyəcək. Bu il Mərkəzi Qan Bankına yaxınlaşaraq və qaydalara riayət edərək vətəndaşlarımız qanvermə aksiyasında iştirak edə bilərlər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya mərkəzinin direktor müavini, klinik mikrobioloq, tibb üzrə fəlsəfə doktoru Qumral Ələkbərova deyib.

O qeyd edib ki, bu il Milli Hematologiya və Transfizuologiya Mərkəzinin bir neçə şöbəsi də qanvermə aksiyası üçün ayrılacaq.

 

 

0