Bakı Beynəlxalq Avtovağzalı

Bakı Beynəlxalq Avtovağzalına yeni rəhbər təyin olunub

64
(Yenilənib 15:52 17.09.2015)
Avtovağzalın rəhbəri Qasım Qasımov tutduğu vəzifədən azad olunub.

BAKI, 17 sen — Sputnik. Bakı Beynəlxalq Avtovağzalında kadr dəyişikliyi baş verib.

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məlumat verib.

N. Həsənovun sözlərinə görə, avtovağzalın rəhbəri Qasım Qasımov tutduğu vəzifədən azad olunub.

Onun yerinə bu vəzifəyə Seymur Aslanov təyin olunub.

64