Qəza

Bakı-Sumqayıt yolundakı qəzada xəsarət alanların adları məlumdur

182
(Yenilənib 12:26 17.09.2015)
Qəzada 1988-ci il təvəllüdlü Baloğlan Ağakişiyev, 1988-ci il təvəllüdlü Cavadov Rövşən Əsgər oğlu, Əhmədov Rəşad, İbadət Allahverdiyeva, Əsmər Məmmədova, Ofeliya Məmmədova, Afiq Paşabəyov, hələlik kimliyi məlum olmayan üç nəfər xəsarət alıb, 3 nəfər isə ölüb.

BAKI, 17 sen — Sputnik. Bakı-Sumqayıt yolunda baş vermiş qəzada yaralananların adları məlum olub.

Sumqayıt şəhər Təcili Yardım Stansiyasından APA-ya verilən məlumata görə, 1988-ci il təvəllüdlü  Baloğlan Ağakişiyev, 1988-ci il təvəllüdlü Cavadov Rövşən Əsgər oğlu, Əhmədov Rəşad, İbadət Allahverdiyeva, Əsmər Məmmədova, Ofeliya Məmmədova, Afiq Paşabəyov, hələlik kimliyi məlum olmayan üç nəfər xəsarət alıb, 3 nəfər isə ölüb.

Qeyd edək ki, bu gün səhər saatlarında “Ford-Tranzit” markalı mikroavtobus yolun kənarındakı maneəyə çırpılıb. 

182