Qəbələdə sel

Qusar Qubada selin vurduğu ziyan aradan qaldırılır

22
(Yenilənib 10:35 17.09.2015)
Əraziyə Qusar Fövqəladə Hallar Komissiyasının (FHK) və Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası cəlb olunub.

BAKI, 17 sen — Sputnik. Ötən gün Qusar rayonunda yağan güclü selin törətdiyi fəsadlar aradan qaldırılır.

APA-nın verdiyi məlumata görə, ümumilikdə 60 evə su dolub. Əraziyə Qusar Fövqəladə Hallar Komissiyasının (FHK) və Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası cəlb olunub. Qusar FHK-nın sədri Şahid Fərəməzovun verdiyi məlumata görə, evlər sulardan təmizlənib. Onun sözlərinə görə, çökən 4 evdən 2-də yaşayış olmayıb. Digər iki evin sakinləri təhlükəsiz əraziyə köçürülüb. Dünən gecə saatlarında bağlı qalan yollar açılıb: “Hazırda rayon ərazisində bütün istiqamətlərdə yollar açıqdır”.

Quba FHK-nın sədri Yusif Abidovun verdiyi məlumata görə, güclü sel nəticəsində 35 evə su dolub, Tülər kəndində kəndarası körpü uçub. Yaşayış evlərinə dolan su təmizlənib.

Hər iki rayonda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

22