İldırım

Balakəndə evə ildırım düşüb

51
(Yenilənib 11:55 12.09.2015)
İldırım nəticəsində yanan evdə ata və azyaşlı körpə yanıb.

BAKI, 12 sent-Sputnik. Balakəndə fərdi yaşayış evinə ildırım düşməsi nəticəsində ev külə dönüb, ev sahibi və onun körpə övladı yanıq xəsarəti alıblar.

Sputnik xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Balakəndə evə ildırım düşməsi nəticəsində baş verən yanğınla bağlı məlumat yayıb.
Məlumata görə, Balakən rayonu, Gərəkli kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı ev sahibi və onun azyaşlı övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bu gün səhər saat 06.00 radələrində rayonun Gərəkli kəndində Teymur Xipiyevə məxsus ümumi sahəsi 156 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə ildırım düşüb. Nəticədə evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı ev sahibi T. Xipiyev və onun 2015-ci il təvəllüdlü qızı Olqa Xipiyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar və Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilər ki, T. Xipiyevə 3-cü dərəcəli, körpəyə isə 2-ci dərəcəli termik yanıq xəsarətləri diaqnozu qoyulub. Faktla bağlı FHN-nin Balakən rayon DYMH-də araşdırma aparılır.

 

51