İlham Əsgərov - aktyor

Tanınmış aktyor vəfat edib

135
(Yenilənib 02:34 07.09.2015)
Aktyor beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

BAKI, 7 sent-Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov dünyasını dəyişib.

Sputnik "Report"a istinadən xəbər verir ki, aktyor beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

İlham Təvəkkül oğlu Əsgərov 1958-ci il iyul ayının 16-da Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. Orta məktəbı 1975-ci ildə qonşu Təklə kəndində bitirib. Bakıya gəlib və alı məktəbə qəbul ola bilmədiyinə görə bir il ölkəmizin paytaxtında 1 saylı tikinti-quraşdırma idarəsində fəhlə işləyib.

Axşamlar müxtəlif dram dərnəklərində həvəskar aktyorluq edən İlham Əsgərov 1976-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. Dahi rejissor, SSRİ xalq artisti Ədil İsgəndərovun kursunu 1980-ci ildə başa vuran gənc aktyor həmin il avqust ayının 26-da Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Bu il noyabrın 26-da hərbi xidmətə çağırılması ilə əlaqədar teatrdan çıxıb.

O, 1 iyul 1982-ci ildən yenə Akademik Milli Dram Teatrının aktyoru idi.İstedadlı aktyor İlham Əsgərov Akademik teatrın ən sanballı tamaşalarında iştirak edib. Onun yaradıcılığının başlıca estetik mahiyyətini aşağıdakı rollar təşkil edir:

Əli. "Közərən ocaqlar", Mirzə İbrahimov. Ərəb. "İblis", Hüseyn Cavid. Fərhad. "Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev. Kiçik səhnədə. Həbib. "Büllur sarayda", İlyas Əfəndiyev. Zülfüqar. "Vaqif", Səməd Vurğun. Əbubəkr. "Atabəylər", Nəriman Həsənzadə. Araz. "İlham pərisi", Cahan Əfruz. Kiçik səhnədə. Loğman və Əmir. "Fəryad", Bəxtiyar Vahabzadə. Nicat. "Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev. Rövşən. "Səadət sorağında", Xalid Əlimirzəyev. Kiçik səhnədə. Yusif. "Nişanlı qız", Sabit Rəhman. İldırım. "Qarabağ əfsanəsi", Qeybulla Rəsulov. Polis rəisi və Zob. "Həyatın dibində" Maksim Qorki. Qorxmaz. "Od gəlini", Cəfər Cabbarlı. Sarı Mərdan. "Şeyx Xiyabani", İlyas Əfəndiyev. Eddi. "Üç quruşluq opera", Bertolt Brext və Kurt Vayl. Qafqazlı. "Tufandan əvvəl", Arif Süleymanov. Narçin. "Qanlı Nigar", Sadıq Şendil. Anaşkin. "Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev. İsmayılov. "Gülüstanda qətl", Cəmil Əlibəyov. Valeh. "Qanqın böyük dalğası", Cahan Əfruz. Doktor Altay. "Tənha iydə ağacı", İlyas Əfəndiyev. Aqnostos. "Məhəbbət və azadlıq" ("Tülkü və üzüm"), Gilerma Fiqeyredu. Mirzə Məhəmmədəli. "Anamın kitabı", Cəmil Məmmədquluzadə. Atanm ruhu. "Anamın kitabı", Cəlil Məmmədquluzadə. Fransa kralı. "Kral Lir", Vilyam Şekspir. Məhəmməd xan. "Hökmdar və qızı", İlyas Əfəndiyev. Kairxan. "Sokratı anma gecəsi" ("Eşşək dərisi üzərində məhkəmə"), Çingiz Aytmatov və Muxtar Şahanov. Nemət Səmədzadə. "Bu dünyanın adamları", Hidayət. Dövlət bəy. "Aydın", Cəfər Cabbarlı. Sabutay. "Dar ağacı", Bəxtiyar Vahabzadə. Piri baba. "Eşq və intiqam", Süleyman Sani Axundov.

İlham Əsgərov radionun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub. Azərbaycan Dövlət Televiziyasında Vilyam Şekspirin "İki veronalı" (Valentin),İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" (Valeh), Əlibala Hacızadənin "İnanmırsansa…" (Nüsrət), Aslan Qəhrəmanovun "Səndən xəbərsiz" (Fərrux), Mar Bayciyevin "Ər və arvad" (Əziz), Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?" (Fikrət), "İki qorxu" (Şair), Buta Sadıqovun "Afaqın məhəbbəti" (Nizami), Mixael Cavaxaşvilinin "Günahsız Abdulla" (Dustaq tələbə), Vladlen Dozortsevin "Qəbula gələn sonuncu adam" (Qəbula gələn), Mövlud Süleymanlının "Fatehlərin divanı" (Bilgə xaqan), Həsən Həsənovun (Əzizoğlunun) "Keçən əsrdən məktublar" (Müəllif), Zəlimxan Yaqubun "Yunis İmrə" ("Bir əli haqda, bir əli torpaqda".Tapdıq İmrə), Hüseynbala Mirələmovun "Güllələnmiş heykəllər" (Bülbül), Məmməd Avdiyev və Anatoli Donetsin "İflas" (Mustafa), Adil Babayevin "O qızı hər gün görürsən" (Sərdar) teletamaşalarında müxtəlif xarakterli obrazlara səhnə ömrü verib.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Qəzəlxan" (Şair Azər Buzovnalı), "Əlahiddə vəziyyət" (Rəcəb) kinolentlərinə çəkilib.

135
Teqlər:
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, İlham Əsgərov, aktyor, xalq artisti, Vəfat, İlham Əsgərov, Azərbaycan
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı

Vüsal Qasımlı: “Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur”

179
(Yenilənib 16:46 22.06.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır
Vüsal Qasımlı: “Yeni format iqtisadi baxımdan böyük potensial vəd edir”

““3+3” formatı ölkələrinin kəsişmə coğrafiyası Cənubi Qafqaz, kənar həlqəsi isə Rusiya, Türkiyə və İrandır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O bildirib ki, Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla bu formatın həm özəyində, həm də kənar həlqəsində həlledici mövqeyə malikdir: “Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3” formatına əsaslar yaradıb.  “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir: Bu miqyaslar onu göstərir ki, yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına oriyentasiya götürüblər, amma regional identiklik zəifdir. Hansı ki, regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər. Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur, Gürcüstan və Azərbaycan üçün ikinci ən böyük ticarət partnyoru Türkiyədir. “3+3” formatı təkcə Cənubi Qafqazda regional ticarətə deyil, həm də Türkiyə, Rusiya və İranın da öz aralarında ticarət həcminə təsir göstərə bilər”.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

179
Qəbələyə mənzərə, arxiv şəkli

Ölkə xaricində istirahətdən həzz almaq olmur - Həmvətənlərimizin yay planları

2890
(Yenilənib 01:46 23.06.2021)
Pandemiya qaydaları yumşaldıqca, havalar istiləşdikcə yay arzularını, istirahət planlarını gerçəkləşdirmək istəyənlərin sayı artır. Azərbaycanda bu mövsüm üçün insanların hansı planlar qurduqlarını araşdırdıq.

BAKI, 23 iyun - Sputnik. Tətil, məzuniyyət mövsümü olan yay Azərbaycanda güclü istilərlə başlayıb. Bir neçə gündür ki, ölkənin bəzi bölgələrində temperatur 40 dərəcə Selsini keçir. Hələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın anomal istilərlə bağlı açıqlaması və Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimində yumşalmalara getməsi də istirahəti sağlamlığa faydalı və maraqlı keçirmək əndişələrini aktuallaşdırıb.

İstirahət planı - olan var, olmayan var

Karantin şərtlərinin yumşaldıldığını nəzərə alaraq, insanların yay istirahəti ilə bağlı planlarını öyrənmək və pandemiyanın səyahət planlarına təsirini müəyyənləşdirmək üçün Media Təhlil Mərkəzi tərəfindən keçirilən sorğuda respondentlərin 47,5%-i yay ayları üçün istirahət planı olmadığını deyib. Cavab verənlərin 36,7%-i bölgələrə, 8%-i xarici ölkəyə səyahət edəcəyini bildirsə də, 7,8%-i isə yayı bağ evində keçirəcəyini qeyd edib.

Qeyd edək ki, sorğuda iştirak edən 760 respondentin 48%-ni qadınlar, 52%-ni kişilər təşkil edib.

Favorit - sərinlikdir

Sorğuya əsasən, insanların daha çox hansı bölgələrdə istirahətə üstünlük verdiyini müəyyənləşdirmək mümkün olub. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin cavabları aşağıdakı kimidir:

Lənkəran – 33%; Şəki-Zaqatala – 32%; Quba-Xaçmaz – 29%; Qarabağ – 29%; Gəncə-Qazax – 19%;

Aran – 18%; Şirvan – 8%; Naxçıvan – 5%. Respondentərin 29 faizi isə bölgələrə getməyi planlaşdırmadığını deyib. Göründüyü kimi, insanlar daha çox havası sərin olan bölgələrimizə üz tutmağa üstünlük verirlər.

Dost-qohum maşınları trenddə, xaricdən həzz alan azalıb

Rəyi soruşulan həmvətənlərimizin 35%-i dost və ya qohumuna məxsus avtomobillə ölkə daxilində səyahət etdiklərini söyləyib. Bölgələrə şəxsi maşını ilə gedənlər cavab verənlərin 29%-ni təşkil edib. Sərnişin avtobusu ilə səyahət edənlər sorğu iştirakçılarının 22%-ni, müxtəlif turlara qoşulanlar 13%-ni əhatə edib. Respondentlərin 1%-i isə təyyarə ilə səyahətə üstünlük verdiyini bildirib.

Pandemiya bitənədək xarici ölkəyə səyahət planlarını təxirə salanlar respondentlərin 12%-ni təşkil edib. Sorğu iştirakçılarının 28%-i bildirib ki, qadağaların davam etdiyi müddətdə ölkə xaricində istirahətdən həzz almaq olmur. Respondentlərin 10%-i xarici ölkəyə səyahətə məhdudiyyət qoymadığını, 50%-i isə əvvəllər də xaricə səyahət etmədiyi üçün hazırkı vəziyyətin istirahət planlarına heç bir təsirinin olmadığını dilə gətiriblər.

Cibdə varsa pul...

Başqalarının istirahətə nə qədər pul xərclədiyi həmişə maraq doğurur - həm məkanları müqayisə edə bilirsən, həm də büdcəni planlaşdırırsan. 

MTM-in keçirdiyi sorğudakı respondentlərin 67%-i yay istirahətinə 300-500 AZN, 15%-i 500-700 AZN, 9%-i 700-1000 AZN, 9%-i isə 1000 AZN-dən çox vəsait ayırdığını qeyd edib.

Bu mövsüm bölgələrdə istirahətin nisbətən baha olacağı gözlənilir. Məsələn, populyar istiqamətlərdən olan Şəki-Zaqatala-Qax bölgəsində günlük kirayə evlərin qiyməti indidən artıb. 

Ötən il yayda paytaxtdan bölgələrə getməklə bağlı məhdudiyyət olduğundan rayonlara üz tutanların sayı xeyli azalmış, bu səbəbdən də günlük kirayə evlərin qiymətləri də xeyli enmişdi. Şəkidə də günlük evlərin kirayəsi 5 dəfəyədək ucuzlaşmışdı. 100, 80 manatlıq evlər ötən il 30-20 manata zorla müştəri tapsa da, bu il maklerlər və yerli sakinlər evləri yenə 80-100 manata razılaşma yolu ilə verə biləcəklərini söyləyirlər.

Aviasəyahət

Azərbaycanda avqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

Azərbaycan Hava Yolları (AZAL) bir müddət əvvəl bildirmişdi ki, iyun ayından Bakıdan Bodrum və Dalaman kurortlarına xüsusi reyslər açılacaq. Bu istiqamətdə uçuşlar iyunun 25-dən başlanır. Cədvələ görə, Bakı-Bodrum-Bakı reysləri hər gün, Dalamana və geriyə uçuşlar isə həftədə üç gün - bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcək.

Buta Airways aviaşirkəti də Bakıdan Alanyaya uçuşları bərpa edərək Ankaraya reyslərin sayını artırıb. 

İyulun 3-dən aviaşirkət Bakı-Alanya-Bakı reyslərinə start verir. Uçuşlar həftədə bir dəfə - şənbə günləri gerçəkləşəcək.

Ankaraya uçuşların sayı da artır: iyunun 19-dan Buta Airways Türkiyə paytaxtına həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri reyslər təşkil edəcək.

Azərbaycan ərazisinə isə Rusiya və Türkiyə (iyunun 10-dan) ilə yanaşı, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətərdən (iyunun 21-dən) uçuşlara icazə verilir.

Eləcə də oxuyun:

  • Rusiyaya getmək istəyən azərbaycanlıların nəzərinə - Qaydalar dəyişir

  • Azərbaycanın bölgələrində günlük kirayə ev bazarı canlanıb

  • Azərbaycan turizmi yeni mövsümə hazırdırmı? – Samir Dübəndi danışır

  • AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

  • Azərbaycanda gəlmə turizmə "yaşıl işıq" - Siyahı artırıla bilər

  • Umayra Tağıyeva çimərliklərlə bağlı qadınlara müraciət edib

2890

Azərbaycanda toylara icazə verildi: nələri bilməliyik

0
Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək.
İnfoqrafika: Azərbaycanda toyların keçirilməsinə icazə verildi
© Sputnik / Elnur Salayev

Toy – çoxlarının həyatında baş verən ən sevincli və romantik hadisələrdən biridir. Azərbaycanda gənclər artıq bir ildən çoxdur ki, hakimiyyət qurumlarının onlara toy çaldırıb vüsala çatmalarına icazə verəcəkləri günü gözləyirdilər.

Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək. Belə ki, hökumət toyların keçirilməsinə dair tələb və qaydalarla bağlı bütöv bir siyahı açıqlayıb.

Sputnik Azərbaycan özünə toy çaldırmaq və ya bu mərasimdə iştirak etmək istəyənlər üçün ən vacib məqamları xüsusi infoqrafikada toplayıb. Toyun bütün təşkilatçıları, istər ailələr, istər ivent-şirkətlər, istərsə də şadlıq evləri olsun, əsas məsələni yaddan çıxartmamalıdırlar: personal, qonaqlar və bəylə gəlinin sağlamlığının mühafizəsi hər şeydən vacibdir. Əks halda, qayda pozuntuları hüquqi şəxslərə 5 min manatadək cərimə ilə nəticələnəcək. Əgər restoran və şadlıq evlərinin sahiblərinin bütün xərcləri müştərilərin boynuna qoyduqlarını nəzərə alsaq, cərimə bu və ya digər şəkildə toy sahiblərinə də öz təsirini göstərəcək.

0