Azərbaycanın yığma futbol komandası

Azərbaycanın futbol yığması Maltadan bir xal qopardı

555
(Yenilənib 10:50 07.09.2015)
AFFA prezidenti Rövnəq Abdullayev nəticədən narazı qaldığını deyib.

BAKI, 6 sent-Sputnik. Bu gün "Avro-2016"-nın seçmə mərhələsində 8-ci turun oyunlarına keçirilir.

Sputnik xəbər verir ki, Azərbaycanın yığma komandası səfərdə Maltanın qonağı olub. Bakıdakı görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Robert Prosineçkinin komandası, səfərdə rəqiblə 2:2 hesabı ilə heç-heçə oynayıb.

Qollar: Rahid Əmirquliyev, 37 (0:1), Mifsud, 55 (1:1), Efyonq, 71 (2:1), Rahid Əmirquliyev, 80 (2:2)

AFFA Prezidenti Rövnəq Abdullayev oyunu şərh edərkən "Komandamız pis oynamadı" deyib.

Bununla belə, federasiya prezidenti nəticədən razı qalmadığını dilə gətirib:

"Çalışdıq, lakin qələbə qazana bilmədik. Düşünürəm ki, bu gün biz 2 xal itirdik. Qələbə qazanmaq lazım idi. Nəticədən narazıyam. Yaxşı qol şanslarımız olsa da, bundan yararlana bilmədik".

Azərbaycan millisi "Avro-2016"-nın seçmə mərhələsi çərçivəsində son 4 oyunda məğlub olmayıb.

555
Teqlər:
Efyonq, Mifsud, Rahid Əmirquliyev, Azərbaycan yığma komandası, Rövnəq Abdullayev, Malta, AFFA, Azərbaycan, futbol, futbol, AFFA, Rövnəq Abdullayev, Malta, Azərbaycan