Earthquake

Zəlzələ Şəkidə 200-dən çox evə ziyan vurub

158
(Yenilənib 12:20 05.09.2015)
Zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə işçi qrupu yaradılıb və hazırda yerlərdə araşdırma aparılır.

BAKI, 5 sent — Sputnik. Şəkidə baş vermiş zəlzələ nəticəsində 200-dən çox evdə iri çatlar əmələ gəlib.

Sputnik xəbər verir ki, bunu Trend-ə açıqlamasında Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Ziya Vəliyev deyib.

Onun sözlərinə görə, zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə işçi qrupu yaradılıb və hazırda yerlərdə araşdırma aparılır.

Vəliyev bildirib ki, sentyabrın 4-də Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Fövqəladə Hallar Nazirliyindən olan nümayəndələr və İşçi qurupu zəlzələ baş verən yerlərə baxış keçirib: “Şəhər və kəndlərdə evlərə baxış keçirilir. Evlərə dəymiş ziyan müəyyənləşdirilir. Tam uçan və dağılan obyekt yoxdur. Amma qeyd etdiyim kimi ümumilikdə kənd və şəhər üzrə bəzi evlərdə iri çatlar yaranıb. Bununla yanaşı bəzi məktəb və uşaq baxçaları da qəzalı vəziyyətə düşüb”.

Sentyabrın 4-də yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km cənub-şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bala qədər, respublikanın ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub.

158
Teqlər:
Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, zəlzələ, Şəki, Azərbaycanda 7 bal zəlzələ, episentr, zəlzələ, Şəki şəhər İcra Hakimiyyəti, Elxan Usubov, Şəki
 Pandemiya zamanı imtahan

DİM imtahanların vaxtını dəyişdi

23
(Yenilənib 10:53 16.06.2021)
İyulun 1-də keçiriləcək imtahanda sıxlığın yaşanmaması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən addım atılıb.

BAKI, 16 iyun — Sputnik. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.

İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

23

Azərbaycanda ixracatın dəstəklənməsi üçün hansı addımlar atılmalıdır? professor danışır

19
(Yenilənib 17:43 14.06.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, ölkədə daxili kredit institutunun formalaşdırılması milli iqtisadiyyatın şaxələndirilmiş formada inkişafına dəstək verə bilər
Elşad Məmmədov: “Xüsusi kredit xətlərinin açılmasına ehtiyac var”

Azərbaycanda ixracatın dəstəklənməsi üçün yeni kreditlərin tətbiq edilməsinə ehtiyac var. Bunu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda qeyr-xammal ixracının dəstəklənməsi və stimullaşdırılması üçün xüsusi kredit xətlərinin açılmasına ehtiyac var: “Bütövlükdə qeyri-xammal ixracının inkişafına dəstək ola biləcək mexanizmlərin işlənməsinə nail olmalıyıq. Ölkədə daxili kredit institutunun formalaşdırılması milli iqtisadiyyatın şaxələndirilmiş formada inkişafına dəstək verə bilər. Bundan başqa xarici bazarların öyrənilməsi məsələsinə də diqqət ayrılmalıdır. Post-sovet məkanında iqtisadi inteqrasiya proseslərinin dərinləşməsi ilə qeyri-xammal ixracatımızın xeyli dərəcədə artırılmasına nail ola bilərik”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

19