Vegetable stall in a Market

Ərzaq bahalaşıb, maşın telefon ucuzlaşıb

151
(Yenilənib 22:51 03.09.2015)
DSK bahalaşan və ucuzlaşan mallar barədə statistik məlumat açıqlayıb.

BAKI, 3 sent – Sputnik. Bu ilin avqust ayında əvvəlki ayla müqayisədə Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,3%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə 0,1% bahalaşıb.

Sputnik Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,1% ucuzlaşıb.

Ötən ay ərzində qarabaşaq yarması, sümüklü mal və qoyun əti, kərə yağı, şəkər, banan, alma, armud, üzüm, qarpız, yemiş, xiyar, şirin bibər, badımcan, kartofun qiymətlərində ucuzlaşma, uzun düyü, buğda unu, makaron məmulatları, toyuq ətin, balıq məhsulları, yumurta, bitki yağları, limon, kələm, göyərti, pomidor, göy lobya, çuğundur, kök, sarımsaq, baş soğan, qara və yaşıl çay, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Müşahidəsi aparılan qeyri-ərzaq mallarından avqust ayı ərzində parçalar, inşaat materialları, minik avtomobilləri üçün ehtiyat hissələri, məişət cihazlarının qiymətlərində bahalaşma, geyim, dərmanlar, minik avtomobilləri, telefon aparatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma tarifləri ucuzlaşmış, ali təhsil müəssisələrində təhsil haqları isə bahalaşıb.

151
Teqlər:
pullu xidmətlər, ərzağın qiymətləri, ərzağın qiyməti, ərzaq, Dövlət Statistika Komitəsi, Azərbaycan, Bakı
Azərbaycan bayrağı

Xarici ölkələrdə yaşayan məşhurlardan Azərbaycana ordumuza dəstək gəldi

16
(Yenilənib 15:34 29.09.2020)
Xaricdə yaşayan azərbaycanlılar və yaşadıqları ölkələrdə müəyyən mövqeyə sahib olan şəxslər sosial şəbəkə hesablarından Azərbaycana və ordumuza dəstək nümayiş etdiriblər

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkirlər, infrastruktur məhv edilir. Xaricdə yaşayan azərbaycanlılar və yaşadıqları ölkələrdə müəyyən mövqeyə sahib olan şəxslər də bu məsələyə laqeyd qalmayıblar. Onlar sosial şəbəkə hesablarından Azərbaycana və ordumuza dəstək nümayiş etdiriblər. Sputnik Azərbaycan onların bir qisminin paylaşımlarını təqdim edir.

Türkiyədə yaşayan dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl sosial şəbəkə hesabında "Qarabağ Azərbaycandır!" yazısı ilə şəkil paylaşaraq Azərbaycana dəstək nümayiş etdirib. Növbəti paylaşımında isə "Instagram" izləyicilərinə müraciət edib: "Azərbaycan öz ərazisində ərazi bütövlüyü uğrunda müharibə aparır. Bu sizin torpaqlarınızda baş versəydi, nə edərdiniz?"

ABŞ-da yaşayan soydaşımız, şair, yazıçı, filologiya elmləri doktoru, UNESCO-nun Fəxri Mədəniyyət Səfiri Aleksandr Səlimov şəxsi sosial hesabında torpaqlarımızın işğal edilməsi uğrunda mübarizə aparan ordumuza dəstək nümayiş etdirib. O, şəxsi "twitter" hesabında yazır: "Azərbaycan işğal edilmiş Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və digər işğal olunmuş ərazilərinin azad olunması uğrunda mübarizə aparmağa məcbur idi. Azərbaycanın yanında olun!"

Qeyd edək ki, Aleksandr hazırda Delaver Universitetində İspan və Latın Amerikası ölkələri ədəbiyyatından dərs deyir. 2008-2010-cu illərdə Delaver Universitetinin Senatoru seçilib, 2010-2012-ci illərdə isə Delaver Universiteti Senatının Prezidenti olub.

Türkiyənin Adana şəhərində yaşayan, Çukurova Universitetinin Teatr bölümünün rəhbəri, Azərbaycanın Xalq artisti Cahangir Novruzov da sosial şəbəkə hesabında Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması naminə ədalətli mövqeyini dəstəkləyib. O, şəxsi "Instagram" səhifəsindən "Azərbaycan öz ərazisində və ərazi bütövlüyü uğrunda müharibə aparır" yazılmış şəkil paylaşıb.

Rusiyada yaşayan azərbaycanlı jurnalist Səadət Kadırova da sosial şəbəkə hesabında Azərbaycana dəstək olduğunu nümayiş etdirib. Onun fikirləri bu sözlərlə başlayıb: "Azərbaycan cəmiyyəti heç vaxt əvvəlki kimi olmayacaq…"

16
Teqlər:
dəstək, azərbaycanlı məşhurlar, cəbhə xətti, Azərbaycan ordusu, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
"Ölənəcən savaşmağa hazırıq": Tovuz sakinləri hər an döyüşə atılmağa hazırdırlar – VİDEO
Bakı bayrağımızın rənglərinə boyandı - FOTO
Çavuşoğlu: "Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik"
Müdafiə Nazirliyi: "Madagizdəki erməni əsgərlər döyüşə girməkdən imtina edirlər"
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
(1:16 / 7.72Mb / просмотров видео: 93)

“Qələbə ilə geri qayıdacağıq”: Bakıda hərbçiləri belə yola salırlar VİDEO

135
(Yenilənib 15:47 29.09.2020)
Paytaxt Bakıda ehtiyatda olan hərbçilərin cəbhəyə və döyüş təlimlərinə göndərilməsinə başlanılıb. Şəhərin mərkəzi hərbi komissarlığının önündə nələrin baş verdiyini videomuzda izləyin.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal İdarəsi önündə səhər tezdən çağırışçılardan ibarət cərgələr düzülüb. Gənclərimiz döyüş əhval-ruhiyyəsindədirlər və torpaqlarımızı geri qaytaracaqlarından əmindirlər. Onları yola salmaq üçün ailələri və yaxın dostları gələrək hərbçilərimizi xidmətə alqışlarla yola salıblar.

135
Teqlər:
Bakı, könüllü, çağırış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, münaqişə, Dağlıq Qarabağ