Croatia Becomes 28th EU Member

Xorvatiya Azərbaycana nota verdi

297
(Yenilənib 12:52 03.09.2015)
Xorvatiyaya getmək istəyənlər “VFS Global” beynəlxalq şirkətinə müraciət edə bilərlər.

BAKI, 3 sent-Sputnik. Xorvatiya Respublikası Azərbaycana nota verib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Xorvatiyanın Ankaradakı Səfirliyindən XİN-ə daxil olmuş notada Xorvatiya ilə "VFS Global" beynəlxalq şirkəti arasında əldə olunmuş razılaşmadan bəhs olunur. Burada 31 iyul 2015-ci il tarixindən etibarən sözügedən şirkətin Bakı şəhərində fəaliyyətə başlayan mərkəzinin (http://www.vfsglobal.com/croatia/azerbaijan/) Azərbaycan Respublikası vətəndaşları və ölkəmizdə qanuni əsaslarla yaşayan üçüncü ölkə vətəndaşlarından Xorvatiya üzrə təkkeçidli vizalarla bağlı müraciətlərin qəbuluna başladığı barəsində məlumat verilir.

Notada vətəndaşların qeyd olunan mərkəzin xidmətlərindən istifadə etməklə yanaşı, müraciətlərini Xorvatiya Respublikasının Ankara şəhərindəki diplomatik nümayəndəliyinə də ünvanlaya biləcəkləri qeyd olunur.

Xorvatiya Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraq göstərir. Xüsusilə turizm əlaqələrinin inkişafında maraqlı olan Xorvatiya azərbaycanlı turistlərin cəlb edilməsində maraqlıdır. Azərbaycanlı turistlərin bu ölkəyə daha asan viza almaq və rahat səfərlərini təşkil etmək üçün belə bir mərkəz fəaliyyət göstərir. Xorvatiyaya getmək istəyənlər bu şirkət vasitəsilə istənilən məlumatı əldə edə bilərlər.

297