МИД Азербайджана

XİN Qərbi Azərbaycan məhkəmisinin işinə müdaxilədə günahlandırır

10
(Yenilənib 13:16 02.09.2015)
Xarici işlər nazirliyi tərəfindən dəfələrlə bildirilib ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmənin çıxardığı qərarlara hörmətlə yanaşılmalıdı.

BAKI, 2 sent-Sputnik. Rəsmi Bakı jurnalist Xədicə İsmayılovanın həbsi  ilə bağlı xarici ölkələrin və bəzi  beynəlxalq təşkilatların verdiyi bəyantlara  münasibət bildirdi.

Sputnik xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev X. İsmayılova barəsində çıxarılmış məhkəmə qərarı ilə əlaqədar ABŞ Dövlət Departamenti, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Avropa İttifaqı və digər təşkilatların bəyanatlarına cavab olaraq bildirib ki, X. İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə — külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək, 1 sentyabr 2015-ci il tarixində birinci instansiya məhkəməsi tərəfindən barəsində ittiham hökmü çıxarılıb.  

"Xədicə İsmayılova ilə əlaqədar olan məhkəmənin işinə müdaxilə, məhkəmə qərarının siyasiləşdirilməsi və onun  mahiyyətinin təhrif edilməsi cəhdlərini, eləcə də sırf hüquqi müstəvidə olan bu məsələyə siyasi bəyanatlar formasında olan münasibətləri qəti şəkildə qınayır və qəbuledilməz hesab edirik.

Təəssüflər olsun ki, X. İsmayılovaya qarşı irəli sürülən ittihamlar hələ istintaq mərhələsində olanda belə istintaqın işinə müdaxilə, istintaqa təzyiq göstərilməsi və ona siyasi don geyindirilməsi kimi qərəzli yanaşma özünü göstərirdi", —deyə H. Hacıyev qeyd edib.

H. Hacıyev bildirib ki, bu kimi cəhdlər Azərbaycan Respublikasının suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndirilir. 

"Xarici işlər nazirliyi tərəfindən dəfələrlə bildirilib ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmənin çıxardığı qərarlara hörmətlə yanaşılmalıdır.

Qanunla hər bir vətəndaşın məhkəmə qərarlarından apelyasiya qaydasında müraciət hüququ təsbit edilib", — deyə o vurğulayıb.

 

 

10
Teqlər:
Hikmət Hacıyev, Qərb, jurnalist Xədicə İsmayılova, XİN, XİN, Hikmət Hacıyev, Azərbaycan
Əlaqədar
Azərbaycan XIN: "Nezavisimaya Qazeta”dakı məqalə sifarişlə hazırlanıb
Hikmət Hacızadə: diplomatiyamızın əsas problemi həll olunmayıb

Cavad Zərif Azərbaycana gəlib

5
(Yenilənib 23:00 24.01.2021)
İranlı diplomatın Azərbaycandan sonra Rusiya, Ermənistan, Gürcüstan və yaxın günlərdə - həftə sonu Türkiyəyə də səfər edəcəyi planlaşdırılıb. 

BAKI, 24 yanvar - Sputnik. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu gün axşam Azərbaycana rəsmi səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Zərif hava limanında jurnalistlərə açıqlamasında qardaş Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın torpaqlarını azad etdiyinə görə sevinc hissi keçirdiyini deyib. 

Zərif səfər müddətində əsas müzakirə ediləcək istiqamətləri də açıqlayıb:

“Əsas müzakirə mövzusu bölgədəki regional əməkdaşlıqdır. Bu da bizim üçün çox vacibdir. İran İslam Respublikası regiondakı ölkələrlə ikitərəfli yaxın münasibətlərə üstünlük verir”. 

İran XİN rəhbərinin sözlərinə görə, sabah azərbaycanlı rəsmilərlə Dağlıq Qarabağdakı vəziyyət, əməkdaşlıq və azad olunmuş ərazilərdə yenidənqurma, eləcə də təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar olacaq.

Zərif azərbaycanlı məcburi qaçqınların azad edilmiş doğma torpaqlarına qayıtmasına da münasibət bildirib. Qeyd edib ki, bu məsələ də danışıqlar masasında müzakirə ediləcək. Səfər çərçivəsində, həmçinin, Şimal-Cənub və Cənub-Qərb dəhlizləri ilə bağlı məsələlərə də toxunulacaq.

İranlı diplomat əlavə edib ki, Azərbaycandan sonra Rusiya, Ermənistan, Gürcüstan və yaxın günlərdə - həftə sonu Türkiyəyə də səfər edəcəyi planlaşdırılıb. 

5
Teqlər:
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Məhəmməd Cavad Zərif, Qarabağ, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya, İran

Nobel prospektində şoka salan qəza - "Toyota" digər maşınları biçib - Fotolar

24
(Yenilənib 20:53 24.01.2021)
Vüsal Ağayevin idarə etməsindən çıxan maşın əvvəl "Toyota", daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.

BAKI, 24 yanvar - Sputnik. Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.

Ağayev Vüsal Əhməd oğlunun idarə etdiyi "Toyoto" markalı avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.

V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.

  • Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi
    © Photo : APA
  • Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi
    © Photo : APA
1 / 2
© Photo : APA
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

24