Sabah paytaxtda 32 dərəcə isti olacaq

13
(Yenilənib 15:43 02.09.2015)
Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 2 sen — Sputnik. Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

Bölgələrdə hava şəraiti əsasən  yağmursuz keçəcək, cənub-qərb  küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə, dağlıq rayonlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

13
Teqlər:
Bakıda hava, Azərbaycanda hava, buludlu hava, havanın temperaturu, hava proqnozu, hava şəraiti, hava, hava haqqında, hava məlumatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Milli Hidrometeorologiya Departamenti, Abşeron yarımadası, Azərbaycan, Bakı
Köhnə avtobus, arxiv şəkli

Bakıda dizel yanacağı ilə işləyən sərnişin avtobusları istismardan çıxarılacaq

0
(Yenilənib 15:28 25.11.2020)
BNA: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

BAKI, 25 noyabr — Sputnik. Yaxın gələcəkdə Bakı şəhərinin sərnişindaşımasında istismarda olan dizel yanacaqlı avtobuslar kənarlaşdırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, hazırda dövlət sifarişi ilə ölkəyə avtobus gətirən sahibkarlara avtobusların CNG yanacağı ilə işləyən, mütləq ekoloji təmiz olması tapşırılır: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

0
Teqlər:
sərnişin avtobusu, sərnişin, BNA
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə

DİM sədri Azərbaycan dili ilə bağlı məsələyə aydınlıq gətirdi

3
(Yenilənib 15:18 25.11.2020)
M.Abbaszadə əlavə edib ki, DİM tərəfindən Azərbaycan dili imtahanı hazırda qeyri-Azərbaycan dili üzrə təhsil alan məzunlar üçün ayrıca olaraq keçirilir.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan dilinin xarici dil imtahanı kimi ərsəyə gətirilməsi və bunun üçün onlayn tədris və imtahan platformasının yaradılması ölkəmizin ali məktəblərində oxuyan əcnəbi tələbələrin sayının artmasına şərait yaradacaq, əcnəbilərin Azərbaycan dilinin öyrərməsi imkanını artıracaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.

Onun sözlərinə görə, DİM ilə Yunus Əmrə İnstitutu arasındakı əməkdaşlıq Türkçə Yetərlik İmtahanının (TYS) imtahanının DİM tərəfindən keçirilməsini, imtahanın Azərbaycan ictimaiyyətində tanıdılmasını, eyni zamanda Azərbaycan Dilinin Xarici Dil İmtahanı kimi ərsəyə gətirilməsi məqsədilə qarşılıqlı fəaliyyəti nəzərdə tutur.

M.Abbaszadə əlavə edib ki, DİM tərəfindən Azərbaycan dili imtahanı hazırda qeyri-Azərbaycan dili üzrə təhsil alan məzunlar üçün ayrıca olaraq keçirilir.

DİM-in bu sahədə bir neçə illik təcrübəsinin olduğunu xatırladan M.Abbaszadə qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli 346 nömrəli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən Nazirlər Kabinetinin "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması"nın təsdiq edilməsi barədə Sərəncamından irəli gələn fəaliyyətin həyata keçirilməsində DİM icraçı qurumlardan biri olaraq göstərilib.

3
Teqlər:
Məleykə Abbazsadə, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası, DİM