aptek

4 aptekin qanunsuz fəaliyyəti aşkarlanaraq bağlanıb

21
Nazirlik bazardan 361 adda dərman pereparatını müsadirə edib.

BAKI, 1 sen-Sputnik. Səhiyyə Nazirliyi dərmanların keyfiyyətinə nəzarəti gücləndirir.

Səhiyyə Nazirliyi Mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda bildirlib ki, son zamanlar, dərman vasitələri sahəsində milli tənzimləyici qurum olan nazirliyinin Analitik Ekspertiza Mərkəzi istehsalçı müəssisələrin GMP-inspeksiya yoxlamalarını aparmağa başlayıb.

Bu cür yoxlamalar mütəmadi olaraq aparılacaq, müəssisələrin GMP-inspeksiya planları hazırlanıb. Həmin plana əsasən ilk növbədə Azərbaycan Respublikasında ilk dəfə dərman vasitələrinin dövlət qeydiyyatına alınması məqsədilə müraciət edən istehsalçıların və idxal zamanı dərman vasitələrinin keyfiyyətində normativ sənədlərlərin tələbləri ilə uyğunsuzluq aşkar edilmiş istehsalçıların yoxlanması nəzərdə tutulub.

Nazirlikdən bildirilib ki, son bir necə ay ərzində analitik-nəzarət laboratoriyası tərəfindən 6 preparatın seriyasında normativ sənədlərin tələblərinə cavab verməmə faktı aşkarkanıb və satışına icazə verilməyib. Bundan əlavə, plandan kənar yoxlamalar əsasən qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olmuş müraciət və şikayətlər əsasında aparılır. Cari il ərzində 84 aptekdə reydlər aparılıb və nəticədə 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb. Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 64.1 bəndinə uyğun olaraq protokollar tərtib edilib. Həmçinin qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin lisenziyası alınıb, bir aptekin fəaliyyəti dayandırlıb. Yoxlamalar zamanı, bazardan 361 adda (1370 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub.

Mərkəz xəbər verir ki, əgər əhali arasında dərman preparatına dair hər hansı bir şübhə yaranarsa, bununla bağlı AEM-ə müraciət edə bilərlər. Son bir necə ay ərzində 10 belə şikayətə baxılıb. 2 halda aptek müəssisəsində tələblərə cavab verməyən dərman preparatının satışı aşkar edilib. Faktla bağlı lazımi tədbirlər görülüb.

Məlumatda o da bildirlib ki, dövlət qeydiyyatında olan dərman preparatları, seriya, satışa rəsmi icazə və ya satışına qoyulmuş qadağalar və bu kimi bütün məlumatlar AEM-in rəsmi internet səhifəsində (www.pharma.az) yerləşdirilir.

21
Teqlər:
dərmanların keyfiyyəti, AEM, Analitik Ekspertiza Mərkəzi, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi, Səhiyyə Nazirliyi Mətbuat xidməti, Səhiyyə Nazirliyi, Bakı, Azərbaycan