100 saylı marşrut avtobusu

Avtobusdakı yanğına görə “Transqeyt” şirkəti məsuliyyət daşıyır

58
(Yenilənib 11:16 31.08.2015)
Bakıda 100 nömrəli marşrut avtobusunun yolun ortasında yanıb kül olmasına görə kimin məsuliyyət daşıdığı açıqlandı.

Bakı, 31 avq-Sputnik. Bakıda 100 nömrəli marşrut avtobusunun yolun ortasında yanıb kül olmasına görə kimin məsuliyyət daşıdığı açıqlandı.

Sputnik Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına istinadən xəbər verir ki, avqustun 29-da saat 14:35 radələrində Olimpiya Stadiounun yaxınlığındakı magistral yolda “Transqeyt” şirkətinə məxsus 100 nömrəli marşrut avtobusunda yanğın baş verib. Yanğına marşrut avtobusunun akkumulyatorunda yaranmış texniki nasazlıq səbəb olub. Yanğın başlamamış avtobusdakı 6 nəfər sərnişin dərhal evakuasiya edilib. Yanğın söndürülüb və xəsarət alan yoxdur. Baş vermiş hadisə ilə əlaqədar Nəqliyyat Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri hadisə yerindədirlər və faktla bağlı araşdırma aparılır.

Baş vermiş hadisəyə görə “Transqeyt” şirkəti cavabdehlik daşıyır və araşdırmalardan sonra dərhal müvafiq cəza tədbirləri görüləcək.

58
Teqlər:
100 nömrəli marşrut avtobusu, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Transqeyt, Nəqliyyat Nazirliyi, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, NİİM, Transqeyt şirkəti, Transqeyt, Bakı, Azərbaycan

Azərbaycanlı müğənnini Rusiyanın ən çox qazanan blogeri ilə "sevgili" etdilər

25
Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Amma oğlanın adını heç kim bilmir.

BAKI, 3 mart - Sputnik. Rusiya KİV-i Azərbaycan əsilli populyar müğənni Jony-nin (Cahid Hüseynli) məşhur videobloger Dina Sayeva ilə sevgili olduğunu yazır. Sayeva ən çox pul qazanan Tik-Tok vlogerlərindəndir. 

Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Bu günlərdə göndərilən buket, az qala, kol boyda imiş.

Sayeva sevgilisinin adını gizləyir. Ancaq Rusiya KİV-ləri yazır ki, onun sevgilisi Jony-dir. Yeri gəlmişkən, Cahid də bu şayiələri təsdiqləməyə tələsmir.

Dina Sayeva Tacikistandandır. TikTok-un rusdilli seqmentinin ən populyar hesabının sahibidir. 2020-ci ildə Rusiya Forbes-u onu ən çox qazanan tiktokerlərin siyahısında ikinci sırada göstərmişdi.

2020-ci ilin sonunda Sayeva musiqi karyerasına başladı. Debüt mahnısı isə "Səni axtarıram" ("Я ищу тебя") oldu.

Jony dörd yaşı olanda valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. Uşaq vaxtından populyar olmaq istəyib və nəhayət, arzusunu gerçəkləşdirib. Öz dediyinə görə, populyarlaşmasında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə "Jara-2019" musiqi festivalında çıxış edib. 

Müğənni azərbaycanlı ifaçı Elman Zeynalovun təsis etdiyi Raava Music musiqi leyblının artistləri sırasındadır. 2019-cu ildə ВКонтакте-nin versiyasına görə, ilin "Ən qabaqcıl" müğənnisi adını alıb. Onun "Xiyaban" ("Аллея") sinqlı isə 5 qat platin statusu alıb. 

 

25
Nazirlər Kabineti

Nazirlər Kabineti 8 Marta görə qərarında dəyişiklik etdi

62
Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

BAKI, 3 mart - Sputnik. Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür.

62
Teqlər:
ictimai nəqliyyat, 8 Mart Beynəlxalq Qadınlar Günü, karantin, qərar, Nazirlər Kabineti
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0