Hava

Sabah Azərbaycanı qeyri-sabit hava şəraiti gözləyir

197
Ölkədə maksimal temperatur +30 dərəcə olacaq.

BAKI, 30 avq — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir.

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22°, gündüz 27-32° isti olacağı gözlənilir.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 25-30° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 14-19° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 26-31° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-22°, gündüz 26-31° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı gözlənilir.

197
Teqlər:
Bakıda hava, Azərbaycanda hava, havanın temperaturu, hava şəraiti, hava proqnozu, hava məlumatı, hava haqqında, hava, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Abşeron yarımadası, Bakı, Azərbaycan

Cəbiş müəllim Novruz çərşənbələri haqda - VİDEO

9
(Yenilənib 11:23 02.03.2021)
İlin ən çox gözlənən, sevimli bayramı Novruza sayılı günlər qalıb. Novruz atributları, ənənələri haqda məlumatı Cəbiş müəllim təqdim edir.

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. İlin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.

Cəbiş müəllim Azərbaycanda Novruz ənənələri, çərşənbələrin mahiyyəti barədə danışır.

Od çərşənbəsi qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Qeyd edək ki, üçüncü, Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.

9
Teqlər:
Cəbiş müəllim, Od çərşənbəsi, Novruz

Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndindən videogörüntülər yayıb

8
Ermənistan silahlı qüvvələri Düdükçünü 2 oktyabr 1992-ci ildə işğal edib. Kənd 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib

BAKI, 2 mart — Sputnik. Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndindən videogörüntülər yayıb. 

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Qeyd edək ki, Düdükçü — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənddir. Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal olunub. Kənd 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

8
Teqlər:
Müdafiə Nazirliyi, video, kənd, Xocavənd
Gürcüstanda etiraz aksiyaları

Tbilisidə çaxnaşma: həbs olunanlar var

0
(Yenilənib 11:29 02.03.2021)
Hüquq-mühafizə orqanlarının əməkdaşları parlament binasının yaxınlığında daha bir neçə nəfəri saxlayıblar. Etirazçılarla asayiş keşikçiləri arasında toqquşmalar baş verir.

BAKI, 2 mart — Sputnik. Bu gün səhər saatlarında Gürcüstanda müxalifət partiyalarının üzvləri və onların tərəfdarları parlament binasının qarşısında etiraz aksiyası keçiriblər. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məlumat verən Gürcüstanın "Birinci kanalı" müxalifət partiyalarının bir neçə fəalının saxlanıldığını bildirib.

"Parlament yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları daha bir neçə nəfəri saxladılar. Etirazçılarla asayiş keşikçiləri arasında toqquşmalar baş verir. Hazırda müxalifət yolu bağlamağa, patrul polisi isə bunun qarşısını almağa çalışır", – deyə məlumatda bildirilir.

Müxalifət partiyalarının üzvləri və onların tərəfdarları parlamentə gələn millət vəkillərinin maşınlarını qışqırıq sədaları ilə qarsalayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları deputatların binaya girə bilmələri üçün xüsusi dəhliz yaratmaq məcburiyyətində qalıblar. Ancaq müxalifət nümayəndələri etiraz aksiyanın dinc xarakter daşıdığını və millət vəkillərinin parlamentə daxil olmasının qarşısını almaq niyyətində olmadıqlarını bildiriblər.

Qeyd edək ki, Gürcüstan müxalifəti Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması və erkən parlament seçkilərinin keçirilməsi tələbi ilə mütəmadi olaraq Tbilisidə etiraz aksiyaları keçirir.

0
Teqlər:
polis, müxalifət, etiraz aksiyası, Gürcüstan