Vüqar Bayramov

İqtisadçı-alim Vüqar Bayramovu təhdid ediblər

780
(Yenilənib 16:19 29.08.2015)
OCCRP alimə göndərdiyi e-maildə onu şantajla hədələyib

BAKI, 29 avq-Sputnik. 2015-ci il avqust ayının 25-də "Meydan TV"-nin veb-səhifəsində rus dilində "Таинственная компания за короткий срок выиграла более 120 тендеров" ("Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib") sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilisdilli versiyası "the Organized Crime and Corruption Reporting Project (OCCRP)" veb-səhifəsində çap olunub.Həmin məqalədə iqtisadçı-alim Vüqar Bayramovun onlara müsahibə verdiyi bildirilirdi. Azərbaycanlı alim OCCRP tərəfindən onunla bu müsahibə ilə bağlı əlaqənin saxlanılmadığını bildirmişdi. Bəlli olub ki, OCCRP Vüqar Bayramovun 8 ay öncə "Üç nöqtə" qəzetinə müsahibəsinin səs yazısındakı fikirləri tamamən kontekstdən çıxararaq və özlərindən Azərbaycanın əlehinə fikirlər uydurub əlavə edərək qərəzli məqalə hazırlayıblar.

Vüqar Bayramov Sputnik əməkdaşı ilə söhbətində bu barədə deyib: "Avqustun 29-da OCCRP-dən təhdidedici e-mail alıb. E-maildə İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) və onun rəhbərliyinin maraqlı personaj olmaları, bu təşkilatın hökumətlə əlaqələrinin araşdırılacağı və bunu ictimailəşdirəcəyi qeyd olunub. Həmçinin e-maildə qeyd olunub ki, bu istiqamətdə xüsusi araşdırmaçı da artıq fəaliyyət göstərir. Əslində, biz bu köhnə müsahibənin yayılmasında maraqlıyıq (baxmayaraq ki, bu başqa qəzet üçün verilib). Çünki OCCRP-nin təqdim etdiyi yazıda olan, ancaq müsahibənin səs yazısında olmayan, Azərbaycana qarşı kəskin fikirlərin məhz qara piada maraqlı olan layihə əməkdaşları tərəfindən öz təxəyyüllərinə münasib olaraq yazılmasını bir daha göstərir. Köhnə müsahibənin səs yazısında olmayan, amma Azərbaycan üçün qara piar məqsədi daşıyan cümlələrin yazıda uydurulması onu göstərir ki, OCCRP belə tədqiqatlarda səmimi deyil və əsas məqsədi necə gəldi Azərbaycana qara yaxmaqdır." 

İqtisadçı alim əlavə edib ki, bu layihə adından heç kim onunla əlaqə saxlamayıb, müsahibə götürməyib. "Məlum yazıda istifadə olunan fikirlər bu ilin yanvar ayında mənim "Üç nöqtə"yə verilmiş müsahibəm tamamilə kontekstdən çıxarılaraq və demədiyim cümlələr əlavə edilərək yazıya daxil edilib. Maraqlıdır ki, jurnalist mənə zəng edən zaman yazını "Üç Nöqtə" qəzeti üçün hazırlandığını desə də, 8 ay sonra OCCRP-yə tamamilə kontekstdən çıxarılaraq və demədiyim cümlələr əlavələr edilərək verilib." — deyə Bayramov bildirib.

Onun sözlərinə görə, sonradan "Üç nöqtə" qəzetinin əməkdaşı ilə söhbət zamanı o bildirib ki, sözügedən cümlələri mətnə OCCRP rəhbərliyi əlavə edib: "Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, yerli mətbuat üçün götürülən müsahibə tamamilə dəyişdirilərək, xeyli müddət sonra fərqli bir ünvana göndərilib. Məsələn, yazıda qeyd olunurki, guya mən demişəm ki, "Azərbaycanda keçirilən tenderlərin böyük əksəriyyəti rəsmi xarakter daşıyır, ona görə ki, iştirak edən şirkətlərin əksəriyyəti bir-biri ilə sıx əlaqədədirlər. O, dövlət orqanlarının tenderin digər iştirakçılarının adlarının açıqlamamasının səbəbini də bunda görür". Belə bir fikir olmayıb. Həmçinin müsahibəyə qulaq asaraq müəyyənləşdirmək olar ki, söhbət zamanı Azərbaycanda tenderlərin formal keçirilməsi və hökumətin tenderlərə münasibəti ilə bağlı bir söz də işlədilməyib. Hətta jurnalist də bəyan edir ki, bu cümlələr OCCRP tərəfindən əlavə edilib. Bu fakt onu göstərir ki, OCCRP araşdırma aparan zaman istədikləri və arzuladıqları son nəticəni əldə etmək, öz fikirlərini gücləndirmək üçün mənim fikirlərimin belə təhrifləri ilə məşğul olublar. Bu, bir daha təsdiq edir ki, OCCRP-nin məqsədi doğru və qərəzsiz araşdırma aparmaq deyil, sadəcə, hər addım başı Azərbaycanı tənqid etməkdir." 

Vüqar Bayramovun sözlərinə görə, məqalədəki bir sıra digər faktlar da kontekstdən çıxarılıb: "Məqaləyə havadan götürülən cümlələr əlavə edilməklə yanaşı, fikirlər kontekstdən çıxarılaraq təqdim olunur. Məsələn, yerli mətbuatla söhbət zamanı mən tenderin nəticələrinin veb-səhifələrdə yerləşdirməklə effektivliyin artırılmasını təklif etdiyim halda, bu, kontekstdən çıxardılaraq, prosesin effektivliyi deyil, "prosesin şəffaflığından danışmağa imkan verməməsi" haqqında ifadə kimi təqdim olunub. Və ya "100 min dollar qalib gəlmiş şirkət" haqqında olan cümləyə gəlincə, mən heç bir rəqəm səsləndirməmişəm." 

İqtisadçı alim bildirib ki, 8 ay öncə yerli mətbuata verdiyi müsahibəsini konteksdən çıxaran və iqtisadçının adından cümlələr əlavə edən Meydan TV və The Organized Crime and Corruption Reporting Project (OCCRP) layihəsi tələm-tələsik məqaləyə dəyişikliklər edib. Belə ki, onun adından guya tenderlərin formal olduğu bildirilən cümlələr məqalədən çıxarılb. Meydan TV onun guya azərbaycanlı iqtisadçı tərəfindən bu sözlərin dediyini bildirsə də, o və başqa cümlələrin heç biri 8 ay öncə yerli mətbuata verilən müsahibədə yox imiş.

Meydan Tv : Bir neçə saat öncə - İndiki versiya
Vüqar Bayramov
Meydan Tv : Bir neçə saat öncə - İndiki versiya

Vüqar Bayramov qeyd edib ki, sözügedən şəbəkənin Azərbaycanla bağlı əvvəllər də "araşdımaları" olub. Bu insident real durumu və marağı ortalığa qoyub. "Məqalədə mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülünün məhsulundan başqa bir şey deyil. Jurnalist-araşdırmaçı öz təxəyyülünün gücünə qüvvət verərək fərqli müsahibəni əsas gətirərək, İSİM və onun rəhbəri adından istədiyi məzmunu öz araşdırmasına əlavə edir, ictimailəşdirir. Araşdırma zamanı edilən belə səhvlər ümumilikdə "Organized Crime and Corruption Report Project (OCCRP)" əməkdaşlarının araşdırma aparmaq qabiliyyətlərinin və onların əvvəlki araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa imkan verir.Bütün bunlardan əlavə, məqalənin orijinal ünvanı kimi göstərilən OCCRP veb-səhifəsində müəllifin kim olması barəsində heç bir qeyd yoxdur. Müəllifin olmaması beynəlxalq araşdırma üçün çox ciddi bir qüsurdur. Jurnalistikanın, xüsusilə də araşdırmaçı-jurnalistikanın əsas prinsiplərindən biri də şəffaflıqdır. Müəllifin göstərilməməsi bu prinsipin ciddi olaraq pozulması deməkdir. İctimaiyyət nümayəndəsi olaraq, biz ifadə edilən fikirlərin kimə məxsus olmasını bilməyə borcluyuq. Həmçinin məqalənin altında müəllifin adının olması ümumilikdə bu sirli araşdırmaçı-jurnalistin məsuliyyətini artırardı. Həmin qurum buna ciddi fikir verməli idi. Təkrar edirik, belə səhvlər ümumilikdə bu təşkilatın bütün araşdırmalarının düzgünlüyünü və dəqiqliyini şübhə altına alır. Belə "araşdırmalar" nəticəsində əldə edilən "faktlara" necə inanmaq olar?" — deyə Vüqar Bayramov əlavə edib.

780
Teqlər:
OCCRP Vüqar Bayramov, Vüqar Bayramov OCCRP, the Organized Crime and Corruption Reporting Project (OCCRP, Meydan TV, iqtisadçı Vüqar Bayramov, iqtisadçı alim Vüqar Bayramov, Vüqar Bayramov
Ehtiyatda olan hərbiçilərin cəbhəyə yolanması, arxiv şəkli

İlham Əliyev hərbi xidmətlə bağlı sərəncam imzalayıb

5
(Yenilənib 18:37 02.03.2021)
Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalanıb.

BAKI, 2 mart - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.

5
Teqlər:
Prezident İlham Əliyev, prezident İlham Əliyev, İlham Əliyev
Şəhidin dəfni

Müharibədə şəhid olmuş itkin düşmüş hərbi qulluqçuların son siyahısı açıqlandı

6
(Yenilənib 18:37 02.03.2021)
Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilənlər və itkin düşmüş hesab olunanlar haqqında məlumatı dərc edib.

BAKI, 2 mart - Sputnik. Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuları ilə bağlı ən son məlumatları açıqlayıb. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, açıqlamada martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Nazirlik həmçinini bildirib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı ilə bu keçiddən tanış ola bilərsiz. 

 

 

6