yağış

Yağışlı, küləkli payız havası gəlir

110
(Yenilənib 14:24 27.08.2015)
Dağlarda temperatur 6 dərəcəyədək enəcək.

BAKI, 27 avq-Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 24-28, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 28-də şimşək çaxacağı, səhər və gündüz arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

110
Teqlər:
yağışlı hava, küləkli hava, Bakıda hava, Azərbaycanda hava, havanın temperaturu, hava şəraiti, hava proqnozu, hava məlumatı, hava haqqında, hava, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Abşeron yarımadası, Bakı, Azərbaycan

Füzulidə erməni ordusunun atıb getdiyi səngərdən kadrlar

16
(Yenilənib 10:57 25.11.2020)
Şanlı Azərbaycan Ordusunun əzmkarlığı və şücaəti nəticəsində Füzuli şəhəri və rayon işğaldan azad edilib. Erməni tərəfinin Füzulidə qoyub-qaçdığı səngərdən kadrları videomuzda izləyin.

44 günlük Vətən Müharibəsi ərzində Ermənistan ordusu xeyli silah və texnikasını döyüş meydanında qoyub qaçmağa məcbur edilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri isə Füzuli rayonunda bu cür atılmış səngərdə çəkiliş etməyə müvəffəq olub. Müxbirimiz xəbər verir ki, hissənin maddi-texniki bazası olduqca köhnəlmiş, istifadə etdikləri raketlərin bəziləri isə kustar üsulla hazırlanmışdır.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu isə noyabrın 25-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olmasının yeni videogörüntüləri - VİDEO>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

16
Azərbaycan hərbçiləri, arxiv şəkli

Dedim ki, sənin yeddi şərtini zibil yeşiyinə atıram, rədd ol, torpağımızdan - İlham Əliyev

12
(Yenilənib 13:23 25.11.2020)
Azərbaycan Prezidenti: "Halbuki o vaxt o, 7 şərti bizə irəli sürəndə demişəm: Mənim bir şərtim var, - sənin yeddi şərtini zibil yeşiyinə atıram, - rədd ol, çıx get torpağımızdan. Öz xoşunla çıx get".

BAKI, 25 noyabr — Sputnik. "Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu.".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. O deyib:

"Mən ilk günlərdən deyirdim ki, bu məsələ öz həllini hərbi, siyasi yollarla tapmalıdır. Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram. O, artıq cəzasını alıb. Halbuki o vaxt o, 7 şərti bizə irəli sürəndə demişəm: Mənim bir şərtim var, - sənin yeddi şərtini zibil yeşiyinə atıram, - rədd ol, çıx get torpağımızdan. Öz xoşunla çıx get".

Prezident əlavə edib ki, əgər Paşinyan onun sözünə qulaq assaydı, bu rəzil vəziyyətə düşməzdi.

"Müharibənin nəticələri də mən deyən kimi oldu. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!", - deyə İlham Əliyev vurğulayıb.

12
Teqlər:
Qarabağ, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan, Prezident İlham Əliyev, İlham Əliyev
Azərbaycan bayrağı, arxiv şəkli

Ərdoğan partiyasına Qarabağla bağlı tapşırıq verdi

0
(Yenilənib 14:53 25.11.2020)
Türkiyə Prezidenti: Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb.

 

BAKI, 25 noyabr — Sputnik. Ölkəmizin dəstəyi sayəsində Azərbaycan toprağı olan Qarabağdakı erməni işğalı sona çatıb, münaqişənin uzunmüddətli həlli istiqamətində ümidlər ilk dəfə artıb. 

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı bildirib.

O, Kəlbəcərin işağldan azad edildiyini və artıq Qarabağda Azərbaycan bayrağının dalğalandığını da qeyd edib: 

"Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb".

Türkiyə Prezidenti həmçinin lideri olduğu partiya yetkililərinə tapşırıb ki, hamı Dağlıq Qarabağla bağlı prosesə dəstək verməli və yeni reallıqlara uyğun addımlar atılmalıdır.

0
Teqlər:
AKP, Kəlbəcər, Dağlıq Qarabağ, Qarabağ, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan