The flag of the radical Islamist organization Islamic State of Iraq

İŞİD-ə qarşı Türkiyə-ABŞ hərbi müqaviləsi imzalanıb

23
(Yenilənib 18:00 26.08.2015)
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İŞİD-lə mübarizədə iki ölkə arasında fikir ayrılığı olmadığını söyləyib

BAKI, 26 avq – Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, ölkəsi ilə ABŞ arasında, İŞİD terrorçularına qarşı keçiriləcək əməliyyatlarla bağlı razılaşmanın texniki müzakirələrinin tamamlandığını və imzaların atıldığını deyib. Çavuşoğlu İŞİD-lə mübarizədə iki ölkə arasında fikir ayrılığı olmadığını söyləyib.

Xarici terroristlərə qarşı Türkiyənin ciddi mübarizə apardığını bildirən nazir “Ölkəyə girişini qadağan etdiyimiz insanların sayı 18 mini keçib. Saxlanılaraq deportasiya etdiyimiz xarici terrorist döyüşçü sayı isə 1900-ə çatıb. Hava limanlarında təsbit etdiyimiz və geri göndərdiyimiz adam sayı isə min 500-ü keçib” — deyə əlavə edib.

Bu arada Pentaqondan da Türkiyə və ABŞ arasında İŞİD-ə qarşı əldə olunan razılığa münasibət bildirilib. Birləşmiş Ştatlar Müdafiə Nazirliyi sözçüsü Peter Kuk, texniki detalların tamamlandığını ifadə edib. 

“Türkiyənin koalisiya təyyarələriylə birlikdə hərəkət etməsi əhəmiyyətli bir addımdır” — deyə Kuk əlavə edib.

23
Teqlər:
Türkiyənin Xarici İşlər naziri, Türkiyə ABŞ İŞİD-ə qarşı, Türkiyə-ABŞ, İŞİD terror qruplaşması, İŞİD, Mövlud Çavuşoğlu, Türkiyə