Sinan Oğan

Azərbaycanın dostu Sinan Oğan MHP-dən qovuldu

51
(Yenilənib 14:42 26.08.2015)
Partiya rəhbərliyi Sinan Oğanı nizam-intizamı kobud şəkildə pozmaqda təqsirləndirib.

BAKI, 26 avq – Sputnik. Azərbaycana da yaxınlığı ilə tanınan, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) keçmiş Iğdır millət vəkili Sinan Oğan partiya üzvlüyündən çıxarılıb. 

Bu barədə partiyanın rəsmi saytında dərc olunub.

Sinan Oğan son günlər partiyanın yürütdüyü siyasəti tez-tez tənqid edirdi. Keçmiş millət vəkili son olaraq, 7 iyun parlament seçkilərindən öncə MHP-nin 10 faizlik səs limitini keçə bilməyəcəyini söyləmişdi. Partiya rəhbərliyi Sinan Oğanı nizam-intizamı kobud şəkildə pozmaqda təqsirləndirmişdi. Onun məhz bu səbəblə partiya üzvlüyündən çıxarıldığı qeyd olunur.

51
Teqlər:
Iğdır millət vəkili, Milliyətçi Hərəkat partiyası, Türkiyənin Milliyətçi Hərəkat Partiyası, Sinan Oğan, Türkiyə