Çox uşaqlı ana

Azərbaycanda çoxuşaqlı anaların 8810 uşağına sosial müavinət verilir

848
(Yenilənib 18:24 24.08.2015)
ƏƏSMN tərəfindən ölkəmizdə beşdən çox uşağı olan 3077 nəfər qadının 18 yaşına çatmamış 8810 nəfər uşağına aylıq sosial müavinət ödənilir.

BAKI, 24 avq – Sputnik. Azərbaycan Prezidentinin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Fərmanı ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayır.

Sputnik Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, sözügedən Fərmana əsasən, ötən ilin əvvəlindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkəmizdə beşdən çox uşağı olan 3077 nəfər qadının 18 yaşına çatmamış 8810 nəfər uşağına həmin aylıq sosial müavinət ödənilir. Bununla yanaşı, 3 və daha çox uşaq doğub 8 yaşınadək, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar 57 yaşına çatdıqda onlara aylıq sosial müavinət təyin olunur. Ölkəmizdə 7612 nəfər qadın bu növ sosial müavinətlə təmin edilir.

Ümumilikdə, cari ilin 1 iyul tarixinə ƏƏSMN tərəfindən aylıq və birdəfəlik sosial müavinətlə təmin olunanların sayı 402 min 75 nəfər təşkil edib ki, onlardan 85,7 faizi aylıq sosial müavinət alanlar olub. Sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın artırılması məqsədilə ƏƏSMN tərəfindən sosial müavinət və təqaüdlərə dair məlumatlar xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanıb. Sosial müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir.

848

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

13
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

13
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(1:25 / 11.15Mb / просмотров видео: 7)

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

35
(Yenilənib 18:40 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

35
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə