Elektron şəxsiyyət vəsiqəsi

Elektron şəxsiyyət vəsiqələrindən istifadə statistikası açıqlanıb

142
(Yenilənib 13:57 17.08.2015)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin açıqladığı statistikaya əsasən, ötən ay əhali “Elektron hökumət” portalında olan “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” xidmətindən 1738 dəfə yararlanıb.

BAKI, 17 avq — Sputnik. Elektron şəxsiyyət vəsiqələrinin iyul ayındakı istifadə sayı bəlli olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin açıqladığı statistikaya əsasən, ötən ay əhali “Elektron hökumət” portalında olan “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” xidmətindən 1738 dəfə yararlanıb.

Vətəndaş portala daxil olaraq “Elektron arayışlar” bölməsində adıçəkilən xidməti seçməklə şəxsiyyət vəsiqəsinin elektron versiyasını əldə edə bilir.

Sənədi çap etmək, eləcə də elektron nüsxəni istənilən şəxsə e-poçt vasitəsi ilə göndərmək mümkündür.

142
Teqlər:
Elektron arayışlar, Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış, Elektron hökumət, yeni şəxsiyyət vəsiqəsi, elektron şəxsiyyət vəsiqə, elektron şəxsiyyət vəsiqəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan