Habil Əliyev

Xalq artisti Habil Əliyevin vəziyyəti normallaşıb

27
(Yenilənib 12:05 17.08.2015)
Kaman ustasının həyat yoldaşı Şərqiyyə Əliyevanın sözlərinə görə, dünən gecə gözlərini açan Habil Əliyev, əllərini tərpədib.

BAKI, 17 avq – Sputnik. Səhhətində yaranan problemlərə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Azərbaycanın görkəmli kaman ustası, xalq artisti Habil Əliyevin vəziyyəti nisbətən normallaşıb. 

Sputnik report.az-a istinadən xəbər verir ki, bunu kaman ustasının həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. 

Onun sözlərinə görə, dünən gecə gözlərini açan Habil Əliyev, əllərini tərpədib.

Ş.Əliyeva qeyd edib ki, Habil Əliyevin vəziyyəti iki gün əvvəl kəskin şəkildə pisləşdiyi üçün Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər: "Habil, 10 gün Səhiyyə Nazirliyinin nəzarəti altında evdə müalicə olundu. Amma son günlər vəziyyəti qəfildən kəksin pisləşdi, evə müalicə mümkün olmadı və xəstəxanaya yatırmalı olduq. Dünən gecə süni nəfəs aparatına qoşublar. Həkimlər bizə dedilər ki, dünən gecə gözlərini açıb və əllərini tərpədib. Bu da yaxşı nəticəyə işarədir. Ümid edirik ki, yaxşı olacaq". 

Həyat yoldaşı deyib ki, Habil Əliyevi müayinə etmək üçün bu gün Türkiyədən həkim gətiriləcək: "Dövlətimiz sağ olsun. Habilin müalicəsi Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir. Xəstəxananın bütün personalı Habil Əliyevə diqqət edir. Hər birinə ailəmiz adından minnətdarıq".

Xatırladaq ki, 88 yaşlı xalq artisti, kaman ustası H.Əliyev ürək və ağciyər xəstəliyindən əziyyət çəkir. O, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

27
Teqlər:
Azərbaycan, Habil Əliyev, Şərqiyyə Əliyeva, Mərkəzi Klinik Xəstəxana, kaman ustası

Milli Parkın ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb

3
Qurduqları torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxslərdən ov zamanı istifadə etdikləri 2 ədəd mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduqları balıqlar aşkar olunaraq götürülüb.

BAKI, 17 sentyabr — Sputnik. Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.

Keçirilən tədbirlər zamanı Masallı rayonu Qızılağac kəndi istiqamətində Qızılağac Milli Parkının Böyük Körfəz su sahəsində qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon sakinləri İlkin Qurbanov və Alim Həsənov saxlanılıblar.

Qurduqları torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxslərdən ov zamanı istifadə etdikləri 2 ədəd mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduqları balıqlar aşkar olunaraq götürülüb. İ.Qurbanov və A.Həsənovun ümumilikdə təbiətə 2211 manat dəyərində maddi ziyan vurduqları müəyyən edilib.

Onu da bildirək ki, Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları ekoloji cinayət törədənlərlə yanaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini də davam etdirir. Təkcə cari ilin ötən dövrü ərzində şöbə əməkdaşları tərəfindən 7 kiloqramdan artıq güclü təsiredici xassəyə malik narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Həmçinin oxuyun:

Bacarıqları heyrətləndirir, amma polis daha peşəkar çıxdı - VİDEO

3
Teqlər:
balıq, milli park
İmtahan, arxiv şəkli

Tələbələrə müjdə-Təhsil tələbə kreditlərinin verilməsinin vaxtı məlum oldu

149
(Yenilənib 11:58 17.09.2021)
Təhsil Tələbə Kredit Fondunun 80 milyon Nizamnamə fondu var, kreditin 40 minə yaxın tələbəyə verilməsi nəzərdə tutulub.

BAKI, 17 sentyabr — Sputnik. Oktyabr ayından etibarən tələbələr tələbə kreditlərindən yararlana biləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli məlumat verib. O, bildirib ki, Təhsil Tələbə Kredit Fondunun 80 milyon manat Nizamnamə fondu var, kreditin 40 minə yaxın tələbəyə verilməsi nəzərdə tutulub:

" Tələbə kreditindən istifadə həm bakalavr, həm magistr pilləsi üçün nəzərdə tutulur. Kredit sosial və standart kreditdən ibarətdir. Oğlanlara Hərbi xidmət dövrü, qızlara ailə qurduğu müddətdə 2 il ödəməmək üçün güzəşt edilir. Semestr ərzində 71 baldan yuxarı toplayan tələbələr üçün faiz hesablanmır. Standart götürülən kreditlər zamanı 91 baldan yuxarı bal toplayan tələbələr də faizdən azad olunur, 50 faiz güzəşt edilir".

N. Məmmədli qeyd edib ki, tələbələr növbəti semestrdən tələbə kreditlərindən yararlana biləcəklər. Qeydiyyat edu.az portalı üzərindən həyata keçiriləcək:

"Oktyabrdan tələbələr tələbə kreditlərindən yararlana biləcək. Ödəniş etmiş tələbələrin təhsil səviyyəsi yoxlandıqdan sonra, ödədiyi kredit ona geri qaytarılacaq. 1-ci kursda orta müvəffəqiyyət göstəriciləri nəzərə alınacaq. Qalan kurslarda şərtlər dəyişməzdir".

Həmçinin oxuyun:

Tələbələr bu ildən təhsil krediti əldə edə biləcəklər

149
Teqlər:
təhsil