Heroin

Qarnında narkotik keçirmək istəyən şəxs saxlanıb

16
(Yenilənib 14:55 11.08.2015)
Gömrük işçiləri İrandan Azərbaycana narkotik keçirmək istəyən iki şəxsi yaxalayıb. Bu barədə Sputnik-ə Gömrük Komitəsindən verilib.

BAKI, 11 avq — Sputnik. Gömrük işçiləri İrandan Azərbaycana narkotik keçirmək istəyən iki şəxsi yaxalayıb. Bu barədə Sputnik-ə Gömrük Komitəsindən verilib.

Komitədən bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Rüstəm Abdullayevin üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, cəmi 15 ədəd metadon adlı həb aşkar edilib.

Bundan başqa, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Faiq Xudiyevin üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 13 ədəd metadon adlı həb aşkar olunub. 

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. Aşkar edilən 15 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram, 13 ədəd həbdə isə 0,52qram təşkil edir.

Hər iki faktla bağlı təhqiqat aparılır.

16
Teqlər:
Gömrük işçiləri, Qoşa Təpə gömrük postu, Faiq Xudiyev, Rüstəm Abdullayev, Azərbaycan Respublikası, İran İslam Respublikası, İran, Azərbaycan