Ağqoyunlu dövləti

Otluqbeli məğlubiyyəti

125
(Yenilənib 11:41 11.08.2015)
1473-cü il avqustun 11-də Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu qoşunları ilə Osmanlı sultanı II Mehmet Fatehin qoşunları arasında Otluqbeli (Tərcan) döyüşü baş verib.

BAKI, 11 avq — Sputnik. 1473-cü il avqustun 11-də Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu qoşunları ilə Osmanlı sultanı II Mehmet Fatehin qoşunları arasında Otluqbeli (Tərcan) döyüşü baş verib.

Döyüş Osmanlı ordusunun qələbəsi ilə nəticələnib. Bununla osmanlı qoşunları bir qədər əvvəl (1 avqust 1473) Malatya döyüşündə aldıqları məğlubiyyətin əvəzini çıxıblar.

Bu döyüş Ağqoyunlu-Osmanlı müharibəsinin (1472-1473) taleyini ikincinin xeyrinə həll edib.

Uzun Həsən müharibədə Avropa dövlətlərindən yardım vədi alsa da, bu, gerçəkləşmədi. Əslində Avropa dairələri iki güclü türk dövlətinin savaş meydanında bir-birini zəif salmasında maraqlı idilər.

125
Teqlər:
Malatya döyüşü, Ağqoyunlu-Osmanlı müharibəsi, Ağqoyunlu-Osmanlı, Ağqoyunlu dövləti, Osmanlı sultanı II Mehmet Fateh, II Mehmet Fateh, Uzun Həsən