Müşfiq Qəmbərov

Müşfiq Qəmbərov: “Qarabağ” hücumları yaxşı qura bilmirdi

187
(Yenilənib 16:36 06.08.2015)
Məşqçi: “Qəbələ”nin şansı “İnter”ə nisbətən daha yüksəkdir.

BAKI, 6 avq – Sputnik. Qarabağın problemi hücumda idi. Əgər düzgün hücumlar qurula bilsəydi, biz “Seltik”i məğlub edə bilərdik. Bu sözləri tanınmış futbol mütəxəssisi, məşqçi Müşfiq Qəmbərov Sputnik-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, “Qarabağ” “Seltik”lə layiqli mübarizə apardı, problem sadəcə olaraq qol yolunu tapmaqda idi. 

Müşfiq Qəmbərov, “Qarabağ” futbol klubunun UEFA avroliqada uğurlu nəticələr əldə edəcəyinə inandığını da deyib.

Bu gün UEFA avroliqada çıxış edəcək digər iki klubumuzun mübarizələrinə də toxunan təcrübəli məşqçi “Qəbələ”nin şansını “İnter”ə nisbətən daha yüksək gördüyünü deyib: “Aydın məsələdir ki, “İnter”in rəqibi “Atletik Bilbao” çox güclüdür. Və “İnter”dən uğurlu nəticə gözləmək real olmaz. Ancaq futbolçuların layiqli mübarizə aparacağına inanıram. Qaldı ki, “Qəbələ” futbol klubuna, rəqib elə də güclü olmayan “Apollon Limassol”dur. “Qəbələ” səfərdən istədiyi hesabla qayıdıb. Bu klubumuzun növbəti mərhələyə keçəcəyinə inanıram.”

 

 

 

 

 

187
Teqlər:
Qarabağ-Seltik qarşılaşması, Qarabağ-Seltik, Qarabağ - Seltik oyunu, Qarabağ klubu, Qarabağ FK, Qarabağ futbol klubu, Müşfiq Qəmbərov, Bakı, Azərbaycan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Hərbçilər barədə gözlənilən sərəncam imzalandı - Qəhrəmanlar evlərinə dönürlər

4
(Yenilənib 15:13 01.12.2020)
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış bəzi kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər.

BAKI, 1 dekabr - Sputnik. Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış aşağıdakı kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər:

1.1. üç və ya daha çox uşağı olan;

1.2. himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;

1.3. himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;

1.4. ailənin tək övladı olan;

1.5. ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;

1.6. döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;

1.7. yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;

1.8. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

4
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19-dan daha 41 nəfər vəfat edib

4
(Yenilənib 15:06 01.12.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

4
Teqlər:
Koronavirus, COVID-19, yoluxma, Vəfat