Tv kanal

Televiziya verlişlərinin "qara siyahısı" hazırlanır

207
(Yenilənib 14:43 06.08.2015)
MTRŞ özəl televiziya kanallarındakı şou xarakterli verilişlərin yayımını lazım gələndə dayandırmaq üçün dosye toplayır.

BAKI, 6 avq — Sputnik. “Televiziya və radio yayımı haqqında” Qanunda edilmiş son dəyişiklikdən sonra Milli Televiziya və Radio Şurasına qanun pozuntularına yol verən verilişləri dayandırmaq səlahiyyəti verilib. Özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlər haqqında dosyelərin hazırlanması da məhz bundan irəli gəlir. Tutaq ki, sabah hansısa verilişi dayandırmaq məsələsi ortaya çıxanda həmin dosye əlimizin altında olacaq.

Sputnik xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, dosyedə verilişlərin ümumi məzmunu və məqsədi geniş şəkildə əksini tapacaq: “Ümumiyyətlə, verilişdə hansı məsələlər müzakirə olunur, veriliş tok-şoudur, ya əyləncəlidir, yaxud maarifləndiricidir, yəni bu kimi məsələlər dosyedə göstəriləcək. Bir də verilişdə əvvəl və indi yol verilən qanun pozuntuları da dosyedə əks olunacaq ki, verilişlə bağlı ümumi mənzərə yaransın. Məsələn, bu gün verilişdə qanun pozuntusu baş verir. Amma əvvəl verilişdə belə bir hal aşkarlanmayıb. Yaxud da əksinə. Bu kimi təsadüfi hallar dosyedə nəzərə alınacaq. Digər bir verilişdə qanunvericiliyin pozulması, milli-mənəvi dəyərlərə hörmətsizlik halları mütəmadi olaraq təkrarlanır”.

Şöbə müdirinin sözlərinə görə, dosyeləri hazırlanacaq verilişlərin siyahısı konkretləşməyib: “Bütün verilişlər haqda hazırlanacaq dosyelərə eyni yanaşma tətbiq olunacaq. Başqa cür anlaşılmasın, bu, bizim işimizin mahiyyətidir. Biz bütün verilişlərlə bağlı məlumatlı olmalıyıq. Monitorinq şöbəsində hər bir monitorinqçinin cavabdeh olduğu kanal var. Dosyelərin əsasında rəhbərliyə arayış təqdim edəcəyik ki, məsələn, filan verilişdə müsbət məqamlar, filan verilişdə isə mənfi məqamlar üstünlük təşkil edir. Buna tam “qara siyahı” da demək olmaz. Çünki müsbət məqamlar da dosyedə qeyd olunacaq. Amma təbii ki, neqativ aspektdən fərqlənən verilişlərin dosyelər əsasında ayrıca “qara siyahısı” olacaq”.

Dadaşov qeyd edib ki, indidən dosyeləri hazırlanacaq verilişlərin adlarını açıqlamaq tezdir: “Lakin ictimaiyyət mütəmadi qanun pozuntularının baş verdiyi verilişlərin adını yaxşı bilir. Həm də əksər verilişlər tətildədir. Bəlkə də haqqında dosye hazırlanacaq verilişlərin bir neçəsi proqramdan çıxarılacaq. Yeni verilişlər də yayımlana bilər ki, onlar haqda da dosye hazırlansın. Yeni verilişlərdə də nöqsanlar ola bilər. Növbəti mövsümdə, sentyabrda dosyelər daha təkmil şəkildə hazırlanacaq”.

Bir müddət əvvəl MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərin hər biri haqqında dosye hazırlanacaq və o dosyedə verilişlərin tərtibatı və sair məsələlər haqda arayış veriləcək. Arayışda qanunvericiliyə zidd hallar olacağı təqdirdə, bu məsələyə Şura tərəfindən baxılacaq. 


207
Teqlər:
kanalların qara siyahısı, Azərbaycan kanalları, televiziya, yerli kanallar, tv kanallar, kanallar, kanal, Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsi, MTRŞ, Milli Televiziya və Radio Şurası, Nuşirəvan Məhərrəmli, Təvəkkül Dadaşov, Azərbaycan
Ofis, arxiv şəkli

İşədüzəltmə firmalarının fırıldaqçılığına son

4
(Yenilənib 22:44 06.07.2020)
İşədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq

BAKI, 6 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dövlət Məşğulluq Agentliyinə həvalə olunan vəzifələrdən biri də işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron formada reyestrini aparmaqdır.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib. Xəbərə görə, həmin reyestrin yaradılması 2020–2021-ci illərdə nəzərdə tutulub və hazırda üzərində işlər aparılır. Bu reyestr müvafq sahədə vahid informasiya bazasının yaradılmasına imkan verəcək. Nəticədə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq.  Hüquqi şəxslər onlarda olan mövcud vakansiyaları, həmçinin onlara işlə təmin edilmək üçün müraciət edən şəxslər və eləcə də işlə təmin etdikləri şəxslər barədə bütün məlumatları bu reyestrə daxil edəcəklər.

4
Bakıda yanğının nəticəsi

Paytaxtda üfunət qoxusu Yayılan iy “Sobsan”dan gəlir?

115
(Yenilənib 23:00 06.07.2020)
Üfunət iyi Bakının Binəqədi rayonunda daha çox hiss olunur, eyni zamanda Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

BAKI, 6 iyul — Sputnik. Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb. Sputnik Azərbaycan-ın məlumatına görə, pis qoxu paytaxtın Binəqədi rayonunda daha çox hiss olunur.

Eyni zamanda üfunət iyi Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

Hazırda atmosfer qatında mövcud olan qoxunun səbəbləri məlum deyil.

Qeyd edək ki, bir neçə gün öncə Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb. Yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol  verilən qatılıq həddini keçib. Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.

115
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0